23,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Dünya Bankı Azərbaycana yeni layihələr təklif edə bilər


Dünya Bankı Azərbaycana yeni layihələr təklif edə bilər

12.06.2018 22:19
admin

Növbəti altı ay ərzində Dünya Bankı (DB) Azərbaycanda mümkün layihələrin kompleks qiymətləndirməsini keçirəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu DB-nin Bakı ofisinin rəhbəri Nəvid Həsən Naqvi deyib.

O bildirib ki, hazırda cari layihələr başa çatmaq üzrədir: "Bildiyiniz kimi, DB-nin Azərbaycan üzrə strategiyası 2015-ci ildə qəbul olunub və 2020-ci ilədək dövrü əhatə edir. Növbəti altı ay ərzində Azərbaycan hökumətinə yaxın iki il ərzində təklif edə biləcəyimiz və onları maraqlandıra biləcək layihələrin kompleks qiymətləndirməsini keçirəcəyik".

Qeyd edək ki, hazırda DB Azərbaycanda doqquz layihə həyata keçirir. Bu layihələr 2019-cu ilin əvvəlində başa çatacaq.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *