23,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » "Avtobusların yarıdan çoxu tələblərə cavab verir"


"Avtobusların yarıdan çoxu tələblərə cavab verir"

11.06.2018 20:00
admin

Azərbaycanda beynəlxalq daşımalarda istismar olunan avtonəqliyyat vasitələrinin yarıdan çoxu tələblərə cavab verir.

Milli.Az bildirir ki, Trend-in məlumatına görə, Trend-in məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov qurumun fəaliyyətinin yeni konsepsiyasının təqdimatında deyib.

O bildirib ki, beynəlxalq yük daşımalarında iştirak edən yerli daşıyıcıların ölkəmizin geniş nəqliyyat-logistika imkanlarından istifadəsi qənaətbəxş deyil:

"Yerli daşıyıcılar tərəfindən beynəlxalq daşımalarda təxminən 2000 avtonəqliyyat vasitəsi istismar olunur ki, bunun da yalnız 1239-u müasir tələblərə cavab verir".

H.Həsənov qeyd edib ki, eyni zamanda, Azərbaycanın üzv olduğu "Beynəlxalq Nəqliyyat Forumu" çərçivəsində qəbul edilmiş Keyfiyyət Xartiyasının müddəalarının ölkəmizdə tətbiqi məqsədilə bir sıra normativ-hüquqi aktların layihələri hazırlanaraq, aidiyyəti üzrə təqdim edildiyi vurğulanıb. Bildirilib ki, Xartiyanın müddəalarının ölkəmizdə tətbiqinin beynəlxalq daşımalarda iştirak edən milli avtodaşıyıcıların Avropanın nəqliyyat xidmətləri bazarına çıxışının asanlaşdırılmasına müsbət töhfə verəcək.

Onun sözlərinə görə, əlavə olaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə də təkliflər hazırlanıb.

Eyni zamanda, bu mərkəzdə Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının tələbləri əsasında tədrisin təşkil olunması vasitəsilə həm sürücülər, həm də menecerlər üçün vacib olan beynəlxalq sertifikatlar vermək hüququnu əldə etmək planlarından geniş bəhs edilib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *