10,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » TAP rəhbəri: TANAP-ın inşasının başa çatması Avropada enerji təhlükəsizliyinin təmini yolunda mühüm addımdır


TAP rəhbəri: TANAP-ın inşasının başa çatması Avropada enerji təhlükəsizliyinin təmini yolunda mühüm addımdır

11.06.2018 18:09
admin

Transanadolu qaz kəmərinin (TANAP) tikinti işlərinin başa çatması Avropada enerji təhlükəsizliyinin təmin edilməsi yolunda mühüm addımdır.

Milli.Az bildirir ki, bunu Trend-ə TAP-ın prezidenti Valter Piraer deyib.

O bildirib ki, TANAP üzrə işlərin yekunlaşması regionda enerji təhlükəsizliyinin, şaxələndirmə və karbonsızlaşdırmanın təmin edilməsi yolunda vacib addımdır.

V.Piraer qeyd edib ki, TAP Transanadolu qaz kəmərinin işə başlamasını alqışlayır:

"TANAP-ı "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması qrafikinə uyğun olaraq layihə üzrə işlərin uğurla başa çatması münasibətilə təbrik edirəm".

Qeyd edək ki, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər.

Xatırladaq ki, mayın 29-a Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin təntənəli açılış mərasimi keçiriləcək. İyunun 12-də isə TANAP istismara veriləcək.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *