18,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Amerika şirkətləri İranda bizneslərini bağlamağa hazırlaşırlar


Amerika şirkətləri İranda bizneslərini bağlamağa hazırlaşırlar

10.06.2018 23:25
admin

Onlarla Amerika şirkəti Vaşinqtonun Tehrana qarşı sanksiyaları fonunda İranda öz bizneslərini dayandırmağa hazırlaşır.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, bu barədə çərşənbə axşamı "The Wall Street Journal" qəzetinin elektron versiyası yazıb.

Onun məlumatına görə, azı 17 ABŞ şirkəti Tehranla atom sazişi bağlandıqdan sonra öz xarici filialları vasitəsi ilə İranla biznes əlaqələri qurmuşdu.

ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasının məlumatına görə, həmin şirkətlərin bu dövr ərzində gəlirləri 176 milyon dollar təşkil edib. Bundan əlavə, İranla ABŞ-ın çoxsaylı kiçik özəl şirkətləri də işləyir ki, onlar öz gəlirlərini Komissiyaya açıqlamaq məcburiyyətində deyillər.

İranla atom sazişindən sonra əməkdaşlıq edən iri şirkətlər arasında

"Honeywell" aerokosmik korporasiyası, "General Electric" energetika şirkəti, "Dover" sənaye şirkəti, "Chubb" sığorta şirkətinin Amerika bölməsi də var.

İndi onların hamısı ABŞ-ın sanksiyalar haqqında qanunlarını pozmamaq üçün İranı tərk etməlidirlər.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *