18,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » İtaliya naziri Azərbaycan qazını Avropaya çatdıracaq TAP barədə -


İtaliya naziri Azərbaycan qazını Avropaya çatdıracaq TAP barədə -

10.06.2018 21:25
admin

İtaliyanın yeni hökuməti Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizi layihəsinin son seqmenti olanTAP layihəsinə yenidən baxacağını bildirib.

Reuters-ə görə, İtaliya hökumətinin ətraf mühit naziri Sergio Costa deyib ki, Trans Adriatik Pipeline (TAP) digər əsas layihələr kimi yenidən nəzərdən keçiriləcək.

"TAP masa üzərindədir və biz ona prioritet kimi baxırıq", o deyib.

Sergio Costa "enerji siyasətimizi, azalan qaz tələbatımızı nəzərə alsaq, bu gün bu layihə mənasiz görünür" deyə nazir ona ünvanlanmış sorğuların cavabında bildirib.

TAP layihəsinin yenidən gözdən keçirilməsi İtaliya ilə konsorsium arasında gərginlik yarada bilər, Reuters yazır.

40 milyard dollar dəyərində qiymətləndirilən Cənub Qaz Dəhlizinin TAP seqmentinin dəyəri 5.3 milyard dollar civarındadır.

Konsorsiuma Britaniyanın, İtaliyanın və İspaniyanın neft-qaz sahəsində çalışan şirkətləri daxildir.

Sergio Costa-nın üzvü olduğu The 5-Star partiyası ətraf mühitlə bağlı sərt siyasət yürüdən qüvvə kimi tanınır.

Sergio Costa əlavə edib ki, TAP-ın gələcəyi ilə bağlı hər hansı qərarı vermək üçün digər nazirlər də müzakirəyə cəlb edilə bilər.

neft-qaz"TAP İtaliya hökumətinə deyəcək ki..."

"TAP İtaliyanın yeni hökuməti və aidiyyətli nazirliklərlə yaxından işləyəcək", TAP-ın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Lisa Givert BBC News Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, "bu layihənin italya vətəndaşları və iqtisadiyyatı üçün faydası, o cümlədən məşğulluq, gəlirlər, təbii qazın qiymətinin aşağı salınması baxımından üstünlükləri" yeni hökumətə çatdırılacaq.

TAP İtaliyaya gətirdiyi qazın, ölkənin enerji tələblərini yerinə yetirməkdə yardımçı olacağını və karbon istehsalının azaldılmasında faydalı rol oynayacağını düşünür, Lisa Givert deyib.

Azərbaycanı Cənub Qaz Dəhlizində təmsil edən Dövlət Neft Şirkətindən BBC News Azərbaycancaya bildirilib ki, TAP konsersiumu İtaliyanın yeni hökuməti ilə danışıb layihənin icrası yollarını, "Azərbaycanı və İtaliya xalqını qane edəcək çözümlər" tapmağa çalışacaq.

"Azərbaycan itirməyəcək"

Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, İtaliyanın yeni hökuməti özündən əvvəlki iqtidarın imzaladığı beynəlxalq müqavilələri ləğv edə bilməz.

Onun fikrincə, belə olan təqdirdə, yeni hökumət iddia qaldırmalıdır ki, sələfləri ölkənin maraqlarını pozub, düzğün addım atmayıb. "Bu isə ağlabatan görünmür", ekspert deyir.

İlham Şaban bildirir ki, mübahisə yaranarsa, konsorsium Beynəlxalq İqtisad Məhkəməsinə də müraciət edə bilər.

Ekspert hesab edir ki, İtaliya hətta TAP-dan imtina etsə də, Azərbaycan itirməyəcək. "Çünki tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə görə, Azərbaycan qazını satıb pulunu alacaq", İlham Şaban əlavə edir.

Bu il mayın 29-da Azərbaycan qazı Cənub Qaz Dəhlizində Trans Anadolu Boru Kəmərinə - (TANAP) qaz vurulmasına başlanıb.

TANAP iyunun 12-də Əskişəhərdə istifadəyə verilməsi gözlənir.

Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihənin tərkib hissəsidir.

Bu layihə çərçivəsində hasil ediləcək təbii qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılması nəzərdə tutulub.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *