18,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Dünyanın ən kasıb 28 ölkəsi


Dünyanın ən kasıb 28 ölkəsi

10.06.2018 21:50
admin

Afrika və Orta Şərq ölkələri dünyanın ən kasıb ölkələri sırasında qalmaqda davam edirlər.

Bu barədə Beynəlxalq Valyuta Fondunun dərc etdiyi hesabatda bildirilir.

Beynəlxalq Valyuta Fondu (BVF) ildə iki dəfə dünya xalqlarının iqtisadi gücü barəsində məlumatlar dərc edir.

Milli.Az moneta.az-a istinadən bildirir ki, BVF ölkələri Alıcılıq Qabiliyyəti Paritetinə (purchasing power parity -PPP) görə sıralayır.

Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsinə uyğun olaraq, əmtəənin bir ölkədəki qiyməti həmin əmtəənin cari kursla hesablanan digər ölkədəki qiymətinə müvafiq olmalıdır, yəni eyni bir əmtəə səbəti müxtəlif ölkələrdə eyni qiymətdə olmalıdır.

Korrupsiya həddinin yüksək olduğu bu kasıb ölkələrin əksəriyyəti avtoritar rejimlərin altındadır. Bu ölkələrin bəziləri böyük həcmdə təbii sərvətlərə sahib olmaqlarına baxmayaraq, xarici investorlar qeyd edilən problemlərdən dolayı bu ölkələrə investisiya etməkdən çəkinirlər.

Adam başına düşən Ümumi Daxili Məhsulun (ÜDM) 1000 ABŞ dollarından aşağı olan ölkələri təqdim edirik.

28. Sudan - Adam başına düşən ÜDM: $992
27. Benin - $966
26. Çad - $919
25. Nepal - $918
24. Mali - $917
23. Qvineya-Bisau - $910
22. Efiopiya - $909
21. Komor adaları - $869
20. Tacikistan - $848
19. Haiti - $847
18. Ruanda - $819
17. Qvineya - $816
16. Burkina Faso - $750
15. Liberiya - $722
14. Uqanda - $711
13. Toqo - $698
12. Əfqanıstan - $601
11. Niger - $510
10. Syerra-Leone - $505
9. Qambiya - $500
8. Madaqaskar - $479
7. Konqo Demokratik Respublikası - $477
6. Mozambik - $472
5. Yəmən - $449
4. Mərkəzi Afrika Respublikası - $425
3. Malavi - $342
2. Burundi - $339
1. Cənubi Sudan - $246

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *