-6,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Rayonlarda kombayn çatışmazlığı yaşanır - VİDEO


Rayonlarda kombayn çatışmazlığı yaşanır - VİDEO

09.06.2018 21:27
admin

Bu il sahələrdə taxıl əkib-becərən fermerlərin məhsul yığımı gecikir. Kombayn çatışmazlığı səbəbindən biçin aparılmır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu problem əsasən Kürdəmir, Sabirabad, Ağcabədi, Şəki, Yevlax və Ağdaş rayonlarında yaşanır. Bu rayonlarda biçilməmiş xeyli sahə qalıb. Vətəndaşlar isə biçin işlərinin gecikməsi ucbatından məhsulun itkiyə getməsindən narahatdırlar.
"Aqrolizinq" ASC-nin şöbə müdiri İsrafil Məmmədov "Xəzər Xəbər"ə bildirdi ki, problemin aradan qaldırılması üçün əlavə olaraq 40 kombayn prosesə cəlb olunub.
Məhsulunu hələ də biçdirib yığa bilməyən fermerlər vəziyyəti yerində araşdırmaları üçün "Aqrolizinq"in əməkdaşlarına müraciət ediblər. Növbəti dəfə Ağdaş və Yevlaxda biçinin vaxtında aparılması üçün bu rayonlara texnikalar göndəriləcək.
Şöbə müdiri İsrafil Məmmədov deyir ki, hazırda respublika üzrə biçin işlərində 2300-ə yaxın kombayn işləyir. Bu texnikalar növbəlilik əsasında iş görür.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Rayonlarda kombayn çatışmazlığı yaşanır

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2018    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31