-6,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » SOCAR: "Cənub Qaz Dəhlizi" Avropaya enerji təhlükəsizliyini təmin etməyə kömək edəcək


SOCAR: "Cənub Qaz Dəhlizi" Avropaya enerji təhlükəsizliyini təmin etməyə kömək edəcək

09.06.2018 15:35
admin

"Cənub Qaz Dəhlizi" Avropaya qaz mənbələrinin diversifikasiyası və enerji təhlükəsizliyinin təmin edilməsi məqsədlərinə nail olmağa kömək edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti çərçivəsində keçirilən "Enerji təhlükəsizliyi" mövzusunda paneldə SOCAR-ın marketinq və inkişaf departamentinin rəhbəri Emil Qasımlı deyib.

E.Qasımlının sözlərinə görə, enerji təhlükəsizliyi, diversifikasiya və yenidən rekarbonizasiya Avropa üçün prioritet olaraq qalır: "Təbii qaz ən təmiz yanacaq növlərindən biridir və biz bu layihənin Avropaya öz məqsədlərinə çatmasına kömək edəcəyinə inanırıq".

SOCAR nümayəndəsi qeyd edib ki, layihənin icrası qrafik üzrə icra olunur, "Cənub Qaz Dəhlizi" çərçivəsində artıq iki layihə tamamlanıb.

E.Qasımlı bir neçə gündən sonra Transanadolu boru kəmərinin (TANAP) açılış mərasiminin keçiriləcəyini xatırladıb.

Qeyd edək ki, iyunun 12-də Türkiyədə TANAP layihəsinin açılışı baş tutacaq.

Mayın 29-da isə Bakıda Səngəçal terminalında "Cənub Qaz Dəhlizi"nin rəsmi açılış mərasimi olub.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2018    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31