21,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Kürdəmirdə kombayn çatışmazlığı yaşanır - VİDEO


Kürdəmirdə kombayn çatışmazlığı yaşanır - VİDEO

07.06.2018 21:07
admin

Bir çox ərazilərdə arpa biçini başa çatsa da, Kürdəmirdə fermerlər hələ də biçin apara bilməyib. Səbəb isə kombayn çatışmazlığıdır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, rayonun Karrar qəsəbə sakinlərinin yetişdiridikləri arpa hələ də sahədədir. Sakinlər biçinin gecikməsinin arpanın itkiyə getməsi ilə nəticələnəcəyinı bildirir. Fermerlərin sözlərinə görə, onlara məxsus 170 hektardan çox ərazidə vaxtında arpa biçini aparılmadıgı üçün məhsuldarlıq çox aşağı olacaq.

Sakinlər aidiyyati qurumlara müraciət ediblər, amma kombaynla təmin olunmayıblar.

"Aqrolizinq" ASC-nin Kürdəmir Aqroservisinin müdiri Valeh Məmmədəliyev "Xəzər Xəbər"ə bildirdi ki, servisə məxsus 15 kombayn var və texnikalar sahələrdə biçin işləri aparır. Onun sözlərinə görə, Karrar qəsəbəsi iki gün ərzində kombaynla təmin olunacaq.

Qeyd edək ki, rayon ərazisində 44800 hektar taxıl əkilib ki, bundan 28300 hektar arpa, 16500 hektar bugdadır. Hazırda bu günə qədər cəmi 5500 hektar taxıl biçini aparılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kürdəmirdə kombayn çatışmazlığı yaşanır

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *