21,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Azərbaycanda daha bir zavodun fəaliyyətə başlayacağı


Azərbaycanda daha bir zavodun fəaliyyətə başlayacağı

31.05.2018 20:32
admin

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun inşası üzrə işlər 99,4 faiz başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu zavodun direktoru Xəyal Cəfərov deyib.

Direktor bildirib ki, mühəndislik işləri və avadanlıqların alınması, həmçinin mülki işlər 100 faiz, tikinti işləri və avadanlıqların montajı isə 98 faiz yekunlaşıb: "Bütün mexaniki işlərin ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır. Layihənin dördüncü rübdə istismara veriləcəyi gözlənilir".

X.Cəfərov qeyd edib ki, avqustda ilk yardımçı məhsul - ammiak əldə olunacaq: "Bundan sonra karbamid istehsalı üzrə seksiya işləməyə başlayacaq və "Made in Azerbaijan" brendi altında ilk hazır məhsul oktyabrda alınacaq. Beləliklə, ilin sonunadək zavod işə başlayacaq".

O əlavə edib ki, SOCAR karbamid zavodunun tikintisi layihəsi çərçivəsində xarici banklardan təqribən 325-330 milyon avro mənimsəyib.

Qeyd edək ki, zavodun tikintisi 770-780 milyon avro dəyərləndirilir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *