21,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Cənub Qaz Dəhlizi Azərbaycanın tarixi uğurudur - VİDEO


Cənub Qaz Dəhlizi Azərbaycanın tarixi uğurudur - VİDEO

31.05.2018 22:09
admin

''Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın beynəlxalq əlaqələrini gücləndirməyəcək, bu layihə həm də ölkəmizə uzun illər böyük gəlir gətirəcək və iqtisadiyyatın inkişafını təmin edəcək''.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu sözləri Milli Məclisin iqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Millət vəkili layihənin əhəmiyyətindən də danışıb.

''İki gün öncə açılışı baş turan dünyanın ən iri qaz layihələrindən olan ''Cənub Qaz Dəhlizi'' layihəsi Azərbaycanın tarixi uğurudur''. Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ''Xəzər Xəbər'' ə Cənub Qaz Dəhlizi layihəsindən danışarkən belə deyib. Onun sözlərinə görə bu layihə Azərbyacanın müstəqillik əldə etdikdən sonra yürütdüyü düzgün və məqsədyönlü siyasət nəticəsində reallaşıb. Digər böyük layihələr kimi bu layihə sayəsində də ölkəmizə böyük valyuta axını təmin ediləcək.

Ziyad Səmədzadənin sözlərinə görə, əgər ölkəmizdə müstəqil və qətiyyətli siyasət mövcud olmasaydı o zaman layihənin icrası da mümkün olmazdı. Azərbaycanın bu addımının nə qədər əhəmiyyətli olduğunu isə elə açılış mərasiminə ünvanlanan məktublarda da görmək olar.

Eyni zamanda bu layihə ona qoşulan ölkələrin və şirkətlərin də qazanc əldə etməsinə imkan verəcək ki, bu da ölkələr arasındakı əlaqələrin güclənməsinə səbəb olacaq. Üstəlik gələcəkdə layihənin daha da genişlənməsi imkanları mövcuddur ki, bu da çoxtərəfli əməkdaşlıgın təmin edilməsinə şərait yaradır.

Qeyd edək ki, növbəti 25 il ərzində bu kəmərlə Avropaya 400 milyard kubmetrlik qaz ixracı nəzərdə tutulur. Ümumilikdə isə bu layihə qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *