21,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » “Aİ-92” markalı benzinin istehsalı dayandırılır


“Aİ-92” markalı benzinin istehsalı dayandırılır

31.05.2018 20:08
admin

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu oktyabr ayında əsaslı təmirə dayandırılacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə bildirib.

O qeyd edib ki, istehsalın dayandırılması səbəbindən "Ai-92" markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək. Bununla bağlı saziş isə gələn ay imzalanacaq:

"Aİ-92" markalı benzinin idxalı ilə bağlı iyun ayında saziş imzalanması nəzərdə tutulur. İdxal üçün ən əlverişli bazar Rusiyadır. Bu, həm logistika baxımından, həm qiymət, həm də keyfiyyət baxımından sərfəlidir. Lakin bu markalı benzinin idxalı daxili tələbatdan asılıdır. Fikrimizcə, kiyafət qədər benzin ehtiyatı mövcuddur.

Lakin yay mövsümündə daxildə hansı həcmdə "Ai-92" markalı benzinə tələbat olacağını müəyyən etmək çətindir. Benzin istehlakı may ayı göstəricisi ilə eyni olarsa, o zaman yaradılan ehtiyatlar kifayət edəcək, idxala ehtiyac yaranmayacaq. Lakin tələbat may göstəricilərini üstələyərsə, bu markalı benzin idxal ediləcək".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *