26,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Dövlət Neft Fondu fəaliyyəti dövründən bəri gəlirlərini açıqladı


Dövlət Neft Fondu fəaliyyəti dövründən bəri gəlirlərini açıqladı

26.05.2018 17:41
admin

2018-ci ilin mayın 1-də Dövlət Neft Fondunun gəlirləri bütün fəaliyyəti dövründə 141,5 milyard dollar təşkil edib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Fonddan məlumat verilib.

Qeyd edək ki, SOFAZ-ın gəlirləri neft və qaz satışından əldə olunaraq investisiya fəaliyyəti üçün əsas sayılır.

Məlumatda qeyd edilir ki, Fondun aktivlərinin idarə edilməsi üzrə gəlirlər mayın 1-ə olan məlumata görə, 5,4 milyard dollar təşkil edib. Neft və qaz satışından daxil olan gəlirlər isə 136,1 milyard dollara çatıb.

Fondun ümumi xərcləri isə 103,7 milyard dollardır.

Bu ilin aprelində SOFAZ-ın aktivləri 5,1 faiz artaraq ötən ilin müvafiq dövrü ilə müqaisədə 37,631 milyard dollar təşkil edib. Halbuki ötən il bu rəqəm 35,806 milyard dollar olub.

Qeyd edək ki, SOFAZ 1999-cu ildə yaradılıb. O vaxt Fondun aktivləri 271 milyon dollar təşkil edirdi.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *