26,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » "Nar"-ın dəstəyilə keçirilən NETTY-2018 internet müsabiqəsi nominantları müəyyən edir


"Nar"-ın dəstəyilə keçirilən NETTY-2018 internet müsabiqəsi nominantları müəyyən edir

19.05.2018 20:29
admin

"Nar"-ın dəstəyilə keçirilən milli internet müsabiqəsi NETTY 2018 iştirakçılar arasından nominantların seçim prosesinə başladı. Azərbaycanın ən yaxşı İT-layihələr, innovasiyalar və mütərəqqi ideyalar, həmçinin, Milli İT sahəsinin və internetin inkişafında rolu olan mütəxəssislər ənənəvi olaraq NETTY 2018 tərəfindən mükafata layiq görülür.

NETTY-2018 qalibləri 15 nominasiya üzrə müəyyən edilir. Müsabiqənin "Ekspert şurası" hər nominasiya üzrə üç nominant seçir. Əlavə olaraq, "Virtual münsiflər heyəti" də ümumilikdə üç nominant seçəcək. Mükafata namizədlərin tam siyahısı 23 may tarixində elan ediləcək.

Ekspert şurasının və Virtual münsiflər heyətinin seçiminə əsaslanaraq NETTY Akademiyası yekun səsverməyə başlayacaq. Həmçinin, müsabiqədən kənar, fəxri və həvəsləndirici nominasiyalar üzrə səsvermə keçirilir. NETTY-2018 qalibləri rəsmi olaraq, bütün nominantların iştirakı ilə keçirilən, mükafatlandırma mərasimində elan edilirlər.

Qeyd edək ki, "Nar" ənənəvi olaraq İKT sahəsində irəli sürülən təşəbbüslərə dəstək olur və bu sahənin inkişafına xüsusi önəm verir. "Nar" özünün korporativ sosial məsuliyyət strategiyası çərçivəsində İT layihələrinə və Azərbaycanda elmi maariflənməyə yönəlik müsabiqələrə dəstək olur. Mobil operator, həmçinin, yüksək keyfiyyətli mobil və sabit internet xidmətlərini sərfəli qiymətlərə təklif etməklə ölkədə internetin hər kəs üçün əlçatan edir.

"Nar"-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Hazırda "Nar" şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. "P3 Communications" tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi "ən yaxşı mobil zəng xidməti" göstərən şəbəkə olaraq tanınıb.

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *