20,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Astarada çəltik əkininə start verildi - VİDEO


Astarada çəltik əkininə start verildi - VİDEO

17.05.2018 22:07
admin

Astarada çəltik əkininə start verilib. Bir neçə gündür ki, sahələrdə qızğın iş gedir. Fermerlər isə lazımi texnikaların olmamasınınişi ləngitdiyini deyirlər.

Sahələr hazırlanıb, ştillər əkilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Astarada çəltik əkini əsasən Artupa, Səncərədi, Kakalos və Ərçivan kəndlərinin ərazilərində aparılır. Çəltiyin becərilməsinə şitil əkmək yolu ilə başlanılır. Hazırda bu işin böyük bir hissəsi əl əməyi ilə görülür. Fermerlər deyirlər ki, buna səbəb texnika çatışmazlığıdır.

Təsrrüfat sahibləri keyfiyyətli toxum tapmaq sarıdan da əziyyət çəkdiklərini deyirlər.

Məsələ ilə bağlı Astara Kənd Təsərrüfatı İdarəsindən isə bildirildi ki, keyfiyytəli toxum cəhətdən heç bir problem yoxdur.

Texnika problemi də tezliklə həll ediləcək. Bu məqsədlə Şirvan Regional Aqroservisinə xeyli yeni texnika gətirilib.

Qeyd edilib ki, ötən il rayonda 447 hektar sahədə çəltik əkilib. Bu il isə onun 600 hektara çatdırılması nəzərdə tutulur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Astarada çəltik əkininə start verildi

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *