28,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Azərbaycan iqtisadiyyatı 1,2% artıb


Azərbaycan iqtisadiyyatı 1,2% artıb

16.05.2018 17:40
admin

Bu ilin yanvar-aprel aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 22969,0 mln. manata çatıb.

Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. Nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 9,5%, informasiya və rabitə sahələrində 7,8%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,3%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 3,5%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5%, sənayedə 1,1%, digər xidmət sahələrində 0,8% artıb, tikintidə isə 10,4% azalıb.

İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,1% artıb, neft sektorunda isə 0,1% azalıb.

ÜDM istehsalının 48,4%-i sənayedə, 9,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,7%-I nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,9%-i tikintidə, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 14,0%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2346,0 manata bərabər olub.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *