20,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Honkonq milyarderləri ən çox əmlakdan qazanırlar


Honkonq milyarderləri ən çox əmlakdan qazanırlar

13.05.2018 20:40
admin

Mənzillərin sahəsinin kiçilməsi və qiymətlərinin yüksəlməsi Honkonqda mənzil sərmayəçiləri üçün yaxşı hal sayılmasa da əmlakçılara görə vəziyyət tamamilə fərlidir.

Milli.Az biznesmen.az-a istinadən bildirir ki, 12 əmlak zənginini himayəsi altına aldığı sektor 7 milyon insanın yaşadığı şəhərdə dünyadakı bənzərlərindən daha çox qazanır. Honkonqda əmlak milyarderlərinin ümumi illik gəliri 119 milyard olduğu halda bu ABŞ-da cəmi 79 milyard dollardır.

Honkonqda əmlak qiymətləri bir neçə il içində böyük bir artım göstərib. Noyabr ayında isə bu qiymət daha çox yüksəliş göstərdi və yeni rekord qırdı. Ev almaq istəyənlərin ən son seçim edəcəyi yerlər siyahısına girən Honkonqda həyat standartları da bahalaşır.

Mənzil qiymətləri sürətlə qalxır
Sentyabr 2015-ci ildən bu yana yüksəlməyə davam edən ev qiymətləri 2016-ci ilin noyabr ayına qədər fasiləsiz yüksəlişini davam etdirərək yeni bir rekorda imza atmışdı. Asiyanın maliyyə mərkəzi mövqeyində iştirak edən şəhər bu xüsusiyyətiylə dünyada yaşamaq üçün ən çətin şəhərlərin arasındadır . Midland Realtynin apardığı araşdırmaya görə Honkonqda mənzillərin orta hesabla 1 kvadrat metri 1,380 dollara bərabərdir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *