22,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Maşın bazarında yay qiymətləri - VİDEO


Maşın bazarında yay qiymətləri - VİDEO

13.05.2018 22:19
admin

Yay mövsümünün gəlişi ilə avtomobil bazarlarında canlanma müşahidə edilir. Bazara satışa çıxarılan avtomobillər çox olsa da ,alıcı qıtlığı yaşanır. Bakıda maşın bazarında qiymətlərdə elə də dəyişiklik müşahidə edilməsə də, rayonlarda ucuzlaşma var. Əməkdaşlarımız bu gün paytaxt və bölgələrdə maşın bazarında qiymətləri araşdırıblar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hər markada, hər qiymətə maşın var.Amma alıcı azdır.Görüntülər paytaxtdakı maşın bazarındandı.Satıcılar ötən illə müqayisədə alıcılıq qabiliyyətinin aşağı olduğunu deyirlər.

Bu satıcı avtomobilini satmaq üçün bir neçə dəfədir bazara gəldiyini bildirir.Alıcı tapa bilmədiyindən hər gəlişində qiymətdə endirim edir.

Bəzi alıcılar isə qiymətlərin şişirdildiyi qənaətindədir.

Bölgələrdəki maşın bazarında isə vəziyyət fərqlidi.Sumqayıtdakı satıcılar son iki həftədir ki,bazarda durğunluq olduğunu və qiymətlərin endiyini deyirlər..Bəzi alıcılar qiymətlərin daha da ucuzlaşmasını gözləyir...

Bərdə bazarında isə daha çox Rusiya istehsalı avtomobillərdə qiymətlərin enməsi müşahidə edilir.

Bazarlarda alıcılıq qabiliyyətinin yaxın aylarda artacağı gözlənilir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *