13,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » Azərbaycana təkrar səfər edənlər daha çox hansı ölkə vətəndaşlarıdır?


Azərbaycana təkrar səfər edənlər daha çox hansı ölkə vətəndaşlarıdır?

11.05.2018 21:51
admin

Azərbaycana təkrar səfər edənlər daha çox İran və ərəb ölkələrinin, xüsusilə də Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, Avropa, Asiya və MDB ölkələrindən olan turistlərin az hissəsi Azərbaycana ikinci dəfə səfər edir:

"Amma İrandan, ərəb ölkələrindən iki dəfə deyil, hətta 3-4 dəfə gələn turistlər olur. Onların həyat tərzi, səyahətə olan marağı başqadır. Avropalıların turizm mədəniyyəti isə fərqlidir, onlar fərqli ölkələrə səyahət etməyi xoşlayırlar".

Qeyd edək ki, 2017-ci ildə Azərbaycana gələn əcnəbilərin sayı 2016-cı illə müqayisədə 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Azərbaycana gələn xaricilərdən 853 082 nəfəri Rusiya, 537 710 nəfəri Gürcüstan, 362 597 nəfəri İran, 301 553 nəfəri Türkiyə, 102 360 nəfəri Birləşmiş Ərəb Əmirlikləri, 62 454 nəfəri İraq, 57 756 nəfəri Ukrayna, 33 273 nəfəri Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *