22,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Hindistandan Azərbaycana dəvət


Hindistandan Azərbaycana dəvət

19.04.2018 15:52
admin

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana iki ölkə arasında enerji sahəsində, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək məqsədilə Energetika naziri Pərviz Şahbazovla görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, səfir Rana qeyd edib ki, Hindistan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə məhsulun pay bölgüsündə Hindistanın ONGC Videsh Ltd neft şirkətinin iştirakından məmnundur. Səfir Hindistan şirkətlərinin energetika və neft-kimya sahələrində apstrim və daunstrim layihələrində iştirak etməkdə maraqlı olduqlarını bildirib.

Nazir Şahbazov Hindistan şirkətlərinin Azərbaycandakı layihələrə marağını alqışladığını bildirib. O, həmçinin Hindistan şirkətlərini bərpa olunan enerji layihələrinə, xüsusilə Azərbaycanda külək və günəş enerjisinə investisiya yatırmağı nəzərdən keçirməyə dəvət edib və hökumətin bu sahədə yerli və xarici investorların iştirakını asanlaşdırmaq üçün yeni qaydalar hazırladığını qeyd edib.

Səfir Rana Hindistanın bilik və bacarıqların artırılması sahəsində Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) ilə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu və ABOEMDA-nin bir çox əməkdaşlarının Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində Hindistanda keçirilən təlim kurslarında iştirak etdiklərini bildirib. Hindistan və Azərbaycan gələcək illərdə iki ölkə arasında ticarət və investisiya üçün daha çox imkanlar yaradacaq Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafında tərəfdaşlıq edirlər.

Qeyd olunub ki, 2015-ci ilin noyabr ayında Hindistan, Fransa və Birləşmiş Millətlər Təşkilatı tərəfindən iki tropik qurşaq arasında yerləşən günəş işığı ilə zəngin ölkələrin birliyi olan və bu ölkələrin enerji ehtiyaclarının həlli yollarının birgə tapılması, birgə səylər vasitəsilə günəş enerjisinin istifadəsinin genişləndirmsi və iş yerlərinin yaradılması məqsədilə Beynəlxalq Günəş İttifaqı (BGA) təşkil olunub. 2018-ci ilin mart ayında Nyu Dehlidə BGA-nın təsis sammitinə ev sahibliyi edən Hindistan iki tropik qurşaq arasında yerləşməyən, lakin zəngin günəş işığına malik olan Azərbaycanı ittifaqa tərəfdaş ölkə kimi qoşulmağa dəvət edib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *