8,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Venesuelada dövriyyəyə yeni alternativ valyuta buraxıldı


Venesuelada dövriyyəyə yeni alternativ valyuta buraxıldı

16.04.2018 15:41
admin

Venesuelanın paytaxtı Karakasda dövriyyəyə karibe adlanan alternativ valyuta buraxılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, yerli hökuməti buna ölkənin milli valyutası - bolivarın kəskin dəyərdən düşməsi vadar edib. 

Belə ki, hazırda qara bazarda 1 ABŞ dolları üçün 250-300 min bolivara bərabərdir. 

Yeni valyutadan yaxın 1 ay ərzində bələdiyyənin nəzarəti altında təşkil olunacaq xüsusi bayram sərgilərində zəruri malların alınması üçün istifadə olunacaq. Paytaxt daxilində bolivarın 5, 10, 20, 50 və 100 karibeyə (1000:1 məzənnə ilə) dəyişdirilməsi də mümkün olacaq.

Venesuela hakimiyyəti bu il iyunun 4-də bolivar üzərində denominasiya (sondakı üç sıfırın silinməsi) həyata keçirməyi planlaşdırır. Hələ ki, yerli hakimiyyət orqanları vəziyyətdən özlərinin regional, hətta bələdiyyə valyutalarını yaratmaqla çıxırlar. Artıq ölkədə elorsa və panal kimi yerli valyutalar daxili kommunal ödənişlər və qida məhsularının topdan alınmasında istifadə olunur. 

Xatırladaq ki, Venesuela bir qədər əvvəl özünün kriptovalyutasını  - petronu dövriyyəyə buraxıb. Bu pulun təminatçısı kimi ölkənin nefti çıxış edir. 

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *