13,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » Federal Ehtiyat Sistemi Pul Təklifini Necə İdarə Edir?


Federal Ehtiyat Sistemi Pul Təklifini Necə İdarə Edir?

15.04.2018 21:05
admin

Bütün tarix ərzində sərbəst bazar cəmiyyətləri çoxlu sayda daralma və genişlənmə dönəmi mənasına gələn "boom and bust" dövrlərindən keçmişdirlər. Hər kəs yaxşı iqtisadi zamanların səfasını sürərkən, krizlər və çökmə dönəmləri əsasən əziyyətli olmaqdadır. Federal Ehtiyat Sistemi (FED) çökmə dövründəki vurulan zərərləri azaltmağa kömək etmək məqsədilə  yaradılmış və ona pul təklifinə təsir edə biləcək güclü alətlər verilmişdir.

FED-in millətlərin pul təklifini necə idarə etdiyini öyrənmək üçün ardını oxuyun.

Federal Ehtiyatın Təkamülü

FED 1913-cü ildə yarandığında, o, iqtisadiyyatın stabilliyini qorumaq məqsədilə hər hansısa aktiv pul siyasəti izləmək üçün yaradılmamışdı. İqtisadi sabitləşdirmə siyasətləri Con Meynard Keynsin 1936-cı ildəki çalışmasına qədər təqdim edilməmişdi. Bunun yerinə FED-in qurucuları onu 1914-cü il öncəsi iqtisadi daralmalar dövründə pul təklifini və krediti qurumaqdan qorumaq üçün bir yol olaraq görürdülər.

Milli.Az moneta.az-a istinadən bildirir ki, FED-in maliyyə böhranlarına qarşı bu cür sığortanı təmin etməsinin prinsipal yollarından biri son çarə kreditor kimi çıxış etməsi idi. Yəni, riskli biznes gözləntiləri kommersiya banklarını kredit həcmlərini artırmaq barədə tərəddüdə saldığında, FED sözügedən banklara borc verə bilərdi və bu, bankların müştərilərinə daha çox kredit vermələrində cəsarətləndirici bir rol oynadı.

Sözü gedən mərkəz bankının funksiyaları artdı və bu gün FED ilk növbədə stabil iqtisadi artışa yol vermək üçün bank ehtiyatlarını və pul təklifini idarə etməkdədir. FED 3 hədəfə çatmaq üçün aşağıda qeyd edilmiş alətlərdən istifadə edir:

Məcburi Ehtiyat Normalarındakı dəyişiklik Diskont Dərəcəsindəki dəyişiklik Açıq Bazar Əməliyyatları

Məcburi Ehtiyat Nisbəti

Məcburi ehtiyat nisbətini dəyişdirmək tez-tez istifadə edilir, lakin, bu alət potensial olaraq güclü deyil. Bu nisbət bir bankın ehtiyatlarının depozitlərə qarşılıq olaraq özündə tutmalı olduğu miqdarın faizini əks etdirir. Bu nisbətdəki bir düşmə bankın daha çox borc verməsinə icazə verəcək, beləliklə pul təklifində bir artış meydana gələcək. Sözügedən nisbətdəki bir artış isə əks effektə səbəb olacaq.

Diskont Nisbəti

Diskont nisbəti qeyd edilən mərkəz bankının daha çox ehtiyat almağa ehtiyacı olan kommersiya banklarına tətbiq etdiyi bir faiz dərəcəsidir. Bu sərbəst bazar tərəfindən deyil, FED tərəfindən müəyyənləşdirilən və tətbiq edilən bir faiz dərəcəsir. Buna görə önəminin çox hissəsini FED-in maliyyə bazarlarına göndərdiyi siqnaldan alır (Əgər bu nisbət aşağı olsa FED xərcləri təşviq etmək istəyir və əks situasiya da keçərlidir). Nəticədə,qısamüddətli bazar faizləri onun hərəkətinə əməl edir. Əgər FED bu banklara daha çox ehtiyat vermək istəyirsə, bu özünün tətbiq etdiyi faiz dərəcəsini azalda bilər, bununla da bankları cəlb edərək daha çox borc almalarına səbəb ola bilər. Alternativ olaraq, o, ehtiyyatları sözü gedən dərəcəni artırmaq və bankları borc almalarını azaltmaq üçün razı salmaqla artırmaq olar.

Açıq Bazar Əməliyyatları

Açıq bazar əməliyyatları dövlət istiqrazlarının FED tərəfindən alınıb satılmasından ibarətdir. Əgər FED çıxarılmış dəyərli kağızları (Xəzinə istiqrazları kimi) böyük banklardan və qiymətli kağız satıcılarından geri alırsa, bu ictimaiyyətin əlindəki pul təklifini artırır. Əksinə, FED qiymətli kağız çıxardığında pul təklifi azalır. Sözügedən "almaq" və "satmaq" terminləri FED tərəfindən gerçəkləşdirilən fəaliyyətlərə istinad edilir, ictimaiyyət tərəfindən olan deyil.

Misal üçün, bir açıq bazar alışı FED-in satın alması,amma, ictimaiyyətin satması mənasına gəlir. Əslində FED açıq bazar əmliyyatlarını ölkənin ən böyük qiymətli kağız satıcıları və banklarıyla həyata keçirir, ümümi ictimaiyyətlə deyil. FED tərəfindən bir açıq bazar alışı gerçəkləşdiyi əsnada, qiymətli kağız alıcısı üçün FED-in özündən yazılımış olan bir çek almaq daha realdır. Və sözügedən alıcı bu çeki öz bankında depozit olaraq qoyarsa, həmin bank FED tərəfindən avtomatik olaraq artılılmış bir ehtiyyat balansı ilə təmin edilir. Bu yeni ehtiyyatların əlavə kreditləri dəstəkləməsi mümkündür və bu proses ərzində isə pul təklifi artır.

Halbuki sözügedən proses burada bitmir. Açıq bazar əməliyyatını izləyən bir pul təklifi genişlənməsi banklar və ictimaiyyət tərəfindən olan nizamlanmaları əhatə edir. FED-dən çıxarılmış orijinal çeki özündə depozit olaraq saxlayan bank indi daha çox ola bilən ehtiyyat nisbətinə sahibdir. Başqa sözlə ifadə etsək, onun ehtiyyatları və depozitləri eyni miqdarda artdı, bu səbəbdən, onun əmanətlərin depozitlərə nisbəti yüksəldi. Bu nisbəti azaltmaq üçün həmin bank kreditləri artımağı seçə bilər.

Həmin bank əlavə kredit verdiyi zaman, o krediti alan şəxs pul təklifi miqdarını açıq bazar əməliyyatlarının miqdarından daha çox artıraraq bir bank depoziti almış olur.

Nəticə

Bu gün, Federal Ehtiyat Bankı sahib olduğu maliyyə alətlərini iqtisadiyyatı stabilləşdirməyə kömək etmək məqsəxdi ilə pul siyasətini idarə etmək üçün istifadə edir. İqtisadiyyat çökməyə doğru getdiyində FED pul tələbini iqtisadiyyatı təşviq etmək üçün artırır. Əksinə, inflasiya iqtisadiyyatı təhdit edəcək həddə olduğunda Federal Ehtiyyat Bankı təklifi kiçildərək riski azaldır. FED-in son çarə kreditor olma missiyası hələ də önəmli ikən, FED-in iqtisadiyyatı idarə etmə rolu qurulduğu gündən bəri artıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *