"Son 15 ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13,5 dəfə artıb"

"Bazar iqtisadiyyatına keçid dövründə ölkə iqtisadiyyatında aparılan islahatlar dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını və 90-cı illərin əvvəlində yüksək olan büdcə kəsirinin azalmasını təmin edib".
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.
Onun sözlərinə görə, 2017-ci ildə dövlət büdcəsinin gəlirləri 2003-cü ilə nisbətən 13,5 dəfə artaraq 16,5 mlrd. manat, xərcləri isə 14,2 dəfə artaraq 17,5 mlrd. manata çatıb.
"Bu dövr ərzində büdcə kəsirinin ölkənin ümumi daxili məhsuluna faiz nisbəti beynəlxalq təcrübədə müəyyən edilmiş 3%-lik normaya qarşı orta hesabla 0,6% təşkil edib, 2004, 2006, 2011 və 2013-cü illərdə isə dövlət büdcəsi profisitlə icra edilib. Əhalinin iqtisadi və sosial təminatının daha da yaxşılaşdırılması və ölkə iqtisadiyyatının sürətli inkişafının davam etdirilməsi məsələləri büdcə siyasətinin əsas istiqamətləri olaraq qalır. Belə ki, 2017-ci ildə dövlət büdcəsindən əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 2003-cü ilə nisbətən 11 dəfə, iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər isə 18,2 dəfə çoxdur", - deyə T.Budaqov vurğulayıb.
Milli.Az
Mənbə: milli.az
-
Chopard 2263
55 AZN
-
Брелок Mitsubishi 3597
18 AZN
-
AKA 1751-8
25 AZN
-
Issey Miyake L'Eau Bleue D'Issey pour homme 75ml
0 AZN
-
Amouage Memoir edp M
343 AZN
-
Giorgio Armani AR-4900 SILVER
165 AZN
-
Trussardi my land M set 454500
160 AZN
-
Tissot T055417 Black
77 AZN
-
Волейбольная сетка intex 58952
138 AZN
-
Van Cleef and Arpels Feerie Eau de Parfum set 000036
190 AZN








