26,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,27 AZN

описание


» » Bakı Dəniz Ticarət Limanında son tamamlama işləri gedir - VİDEO


Bakı Dəniz Ticarət Limanında son tamamlama işləri gedir - VİDEO

13.02.2018 21:29
admin

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında son tamamlama işləri gedir. Limanın tikintisi təxminən 2 aya başa çatacaq. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir Ermənistanda əhalinin və mətbuatın regional layihələrdən kənarda qalmasına görə hökuməti tənqid etməsinə də toxunub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan daha bir meqa layihəni tamamlamağın astanasındadır. Ölkənin nəqliyyat və logistik mərkəzə çevrilməsi üçün əsas layihələrdən biri olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi yekunlaşmaq üzrədir.

Şahin Mustafayev qeyd edib ki, dəniz ticarət limaninin potensialı illik 15 milyon ton və 100 min konteynerdir. Lakin bu imkanlar daha da genişləndirilərək limanın yük potensialı illik 25 milyon ton və 500 min konteynerə çatdırılacaq. Nazir son vaxtlarda Ermənistanda əhalinin və mətbuatın Azərbaycandan fərqli olaraq bütün regional layihələrdən kənarda qalmasına görə hökuməti tənqid etməsinə də toxunub.

Nazir onu da əlavə edib ki, ötən il ərzində Azərbaycan vasitəsilə ümumilikdə 10,4 milyon ton yük daşınıb. Bu da 2016-cı illə müqayisədə 16% artım deməkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Bakı Dəniz Ticarət Limanında son tamamlama işləri gedir

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *