15,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,09 AZN
10 RUB = 0,28 AZN

описание


» » DB: TANAP Azərbaycan, Gürcüstan, Türkiyə və Cənub-Şərqi Avropa ölkələri üçün prioritet infrastruktur layihələrdən biridir


DB: TANAP Azərbaycan, Gürcüstan, Türkiyə və Cənub-Şərqi Avropa ölkələri üçün prioritet infrastruktur layihələrdən biridir

14.01.2018 09:00
admin

2018-ci il yanvarın 1-dək Dünya Bankı Transanadolu boru kəmərinin (TANAP) tikintisi üçün nəzərdə tutulmuş kreditin 83,4 faizini və ya 667,27 milyon dollar ayırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bankın statistik məlumatlarında deyilir.

2016-cı il dekabrın 20-də Dünya Bankının Direktorlar Şurası tərəfindən təsdiq olunmuş 800 milyon dollarlıq kreditin benefisiarları "Cənub Qaz Dəhlizi" QSC (Azərbaycan) və BOTAŞ (Türkiyə) olub.

Dünya Bankından Trend-ə və "Azernews" qəzetinə bildirildiyi kimi, TANAP təkcə rəqabətqabiliyyətliliyi artırmayacaq, həm də regional ticarəti inkişaf etdirəcək və Türkiyə ilə Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

Bankdan qeyd olunub ki, layihə həmçinin Azərbaycana qaz satışı bazarını şaxələndirməyə, Türkiyəyə isə enerji tədarükünü təhlükəsizləşdirməyə imkan verəcək: "Azərbaycan, Gürcüstan, Türkiyə və Cənub-Şərqi Avropa ölkələri üçün bu, prioritet infrastruktur layihələrindən biridir".

Dünya Bankından o da əlavə olunub ki, layihə banka Azərbaycanla tərəfdaşlıqda strateji hədəflərə nail olmağa, o cümlədən ölkənin regional və Avropa enerji bazarlarına inteqrasiyasına yardım edir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *