6,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » Bitkoin insanlıq tarixinin ən önəmli tapıntısı ola bilərmi?


Bitkoin insanlıq tarixinin ən önəmli tapıntısı ola bilərmi?

13.01.2018 23:40
admin

Bitkoin (bitcoin) nədir? Az sonra anlatacağım məsələ, insanlıq tarixindəki ən önəmli dönüş nöqtələrindən biri ola bilər. Olmaya da bilər... Sonunda məsələnin özülü texnologiya olduğu üçün mən yenə də özümü anlatmalı olduğum kimi duyuram. Və ən başdan bildirirəm: anlatacaqlarım bir yatırım tövsiyyəsi olmayacaq. Məsələnin sadəcə blockchain deyilən texnologiya özülünü araşdıracağam. Yatırım edilsinmi, necə edilir sualları bu videonun məsələsi deyil.

İndi tarixə bir göz ataq. 1 Bitkoin bu videonun hazırlandığı dekabr 2017-ci ildə hardasa 60 000 TL / 15 000 USD dəyərindədir. Siz izlərkən nə olmuşdur kim bilir? Bundan bir neçə il öncə bir neçə yüz lirəlik Bitkoin alsaydınız indi milyoner idiniz. 18 yaşındakı bu uşaq kimi. Bunun kimi daha bir çox örnək var. Amandı, iştahınız o saat qalxmasın, bilmədiyiniz bir şeyə o anda yatırım etməyin deyə bu videonu hazırladım. Öncə bilin, sonra ona görə hərəkət edin.

Milli.Az biznesmen.az-a istinadən bildirir ki, bitkoin, bir kripto pul və ödəmə sistemidir. 2008-ci ildə bu sistem 9 səhifəlik bir sənədlə dünyaya duyuruldu. Budur, insanlıq tarixinin bəlkə də ən önəmli yazılarından biri olan bu sənədin yazarı da gizli: Satoşi Nakamoto (Satoshi Nakamoto). Kim olduğu bilinmir. Təbii ki, haqqında bir çox spekulyasiyalar var, hətta Elon Mask olduğunu iddia edənlər bilə... Ancaq məncə deyil. Nəysə bu gizli kişiliyi bəlkə başqa bir videoda danışarıq. Biz indi onun yazdığı bu sənədə köklənək. Çünki insanların ən önəmli tapıntılarından biri olan pulu yenidən tanıdır. Daha başlığında bunu deyir: İnsandan insana elektronik pul sistemi. Buradakı peer-to-peer qısaca P2P deyimini özəlliklə vurğulamaq istərəm. Çünki bu sözlər daha öncə işləndiyi bir neçə yerdə sənayeləri bütünlüklə söküb yenidən tikdi. Misal üçün, 1999-cu ildə P2P sənəd paylaşma uyğulaması olan Napster bazara çıxdı və... O illərdə musiqi dinləmək üçün kaset, ya da CD işlədirdik. İndi nə edirik? Musiqi sənayesi hardasa tamamən dəyişdi. Hə, artıq Napster da qalmadı, ancaq bir daha geriyə addım atılmadı. Netflix-lər, Spotify-lar ortaya çıxtı. Bundan 10 il sonra çəkəcəyim bir videoda sizlərə bunu yada salırsınızmı deyə soruşa bilərəm. P2P-nin beləcə bir gücü var. Çünki P2P demək bir mərkəzi olmayan şəbəkə quruluşu deməkdir. Mərkəzsizləşmiş.

Budur, pul kimi bir vasitədə, aradüzəldənləri ortadan qaldırır Bitkoin. Yaxşı, bəs kimdir bu aradüzəldənlər? Maliyyə qurumları. Ən başda ölkələrin mərkəz bankları. Bitkoin dünyasında belə bir mərkəzi avtoritar yoxdur. Dedik ha, mərkəzsizləşmiş. Onun yerinə açıq qaynaq kodlu bir proqram var. Hə, indi bu proqramı endirib kodlarını incələyə bilərsiniz. Sistem hər kəsə açıqdır. Hətta daha yaxşısını da yarada bilərsiniz. Necə ki, indi Bitkoin oxşarı 1300-dən çox kripto pul vahidi var və sayıları da artmağa davam edir. Yəni məsələ sadəcə Bitkoin deyil, onun arxasındakı baxışdır. Ki məni ən çox həyacanlandıran da budur. Bilirsiniz, zəncirləri çox sevirəm. Kripto pul vahidləri bir çeşid zəncir işlədir: Blockchain. Ancaq bu səadət zənciri deyil. Bakkal dəftəri deyə bir şey eşitdinizmi? Bakkaldan bir şey alırsınız və pul ödəmək yerinə yaz dostum deyirsiniz. Elə Bitkoində də edilən hər növ pul transferi dəftər yerinə digital bloklara yazılır.

Misal üçün, mən Mehmetə bir maşın satdım (Sarı Çizməli Mehmetə) və qarşılığında ondan  Bitkoin alacağam, Çünki 1 Bitkoin ortalama bir maşın dəyərindədir. Bu əməliyyat həyata keçdikdə bir digital dəftərə Mehmet Barışa 1 Bitkoin göndərdi deyə yazılır. İşdə bu və buna oxşar qeydlərdən qurulmuş zəncirlərə də Blockchain deyilir. Bu da hər kəsə açıq. Bu ana qədər dünyada aparılmış bütün Bitkoin transferlərini də kompyuterinizə endirə bilərsiniz. Haradasa 145 GB ölçüsündə bir sənəd.

Yaxşı, bəs necə olur da bu qeydlərə güvənə bilirik? Çünki bu qeydlər bakkal dəftərlərindən fərqli olaraq bir çox kişi tərəfındən tutulur. İstəyən hər kəs bir qeydiyyatçı halına gələ bilər. Davamlı olaraq da sinxronizasiya edilir. Mehmet, Barışa 1 Bitkoin göndərdiyində bu 3 bilgi, yəni göndərənin hesab nömrəsi, alıcının hesab nömrəsi və göndərilən miqdar bütün dünyadakı dəftərlərə yazılır.

Belə bir əməliyyatı apara bilmək üçün öncəliklə bir hesabınızın olması gərəkdir. Bitkoin dünyasına giriş etdiyinizdə ilk olaraq bir hesab yaradırsınız. Buna digital bir cüzdan da deyə bilərik. Bu cüzdanın güvənliyi də kriptografiya, bir başqa deyişlə kriptologiya ilə sağlanır. Yəni şifrələməylə. Hər cüzdanın iki açarı var. Biri özəl, o biri də ümumi. Özəl açarınızı sadəcə siz bilirsiniz və işlədirsiniz. Sizin imzanız kimi. Ancaq taklit edilemiyor. Mehmet Barışa 1 Bitkoin göndərmək istədiyində bunu öncə sadəcə özünün bildiyi bir açarı işlədərək imzalayır -Sarı Çizməli Mehmet- sonra da ümumi açarıyla birlikdə Bitkoin şəbəkəsinə göndərir. Şəbəkədəkilər də ümumi açarı işlədərək əməliyyatı kontrol edirlər. Əgər ümumi açarı Bitkoin şəbəkəsində doğrulanırsa, göndərilən mesajın hər hansı bir Mehmetdən deyil də, Sarı Çizməli Mehmetdən gəldiyi kanıtlanmış olur. Kimlik kontrolu bu şəkildə aparılmış olur.

Yaxşı deyək ki, Mehmetin cüzdanında sadəcə 1 Bitkoin var və bununla məndən bir araba satın aldı. Sonra da gedib 1 Bitkoin daha xərcləməyə çalışdı. Bu işi bankdakı puluyla etməyə çalışsaydı nə olurdu? İkinci alış-verişə izin verilməzdi. Çünki bank sistemi onun bütün pullarını öncədən xərclədiyini bilirdi. Yəni pulun kimin olduğu qədər nə zaman xərcləndiyi də önəmlidir. Bitkoin dünyasında bir xərcləmə, ya da başqa bir deyişlə pul köçürməsi etmək istədiyinizdə sistem öncəki pullarınızın sayı və bugünə qədər apardığınız bütün transferləri kontrol etməyə məcburdur. Ancaq bu şəkildə o anda nə qədər Bitkoin sahibi olduğunuzu bilə bilər. Dünyada bu qeydlərin bir çox yerdə və çox sayda tutulduğunu söyləmişdik: Bakkal dəftərinə bənzətdiyimiz bloklar şəklində... Dünyada eyni anda bir çox transfer edildiyini düşünsək, o anda yaranan çeşidli bloklara fərqli qeydlər düşülməsi də mümkündür. Üstəlik bir-birindən fərqli kimi görülən bu qeydlərın hamısı da doğru ola bilər. Hesablamaları bir-biriylə sinxronlaşdırmağa çalışarkən şəbəkədə gecikmələr yaşana bilər. Qısaca bu bakkal dəftərlərinə yazılmış qarmaqarışıq qeydlərin bir qaydaya soxulması gərəkdir. Budur çözülməsi gərəkən bir riyaziyyat məsələsi.

Bitkoin dünyasında hər bir pul əməliyyatı üçün belə bir riyaziyyat problemi çözülür. Bu problemlər kriptoqrafik bir hash funksiya tərəfindən yaradılır. Bilirəm, başımız yaxşıca dağılmağa başladı. Ancaq səbr edin, anlayacaqsınız...

Hash funksiyası nə deməkdir? Ən ümumi anlamda işləri sürətləndirən bir alqoritm deməkdir. Qarmaqarışıq və çox dəyişik uzunluqlardakı verilənləri alıb, onları sabit uzunluqdakı verilənlərə çevirmək deməkdir. Adətən verilənləri qarşılaşdırmaq üçün istifadə edilir. Misal üçün, insan bədənindəki DNA düzülüşünə oxşar düzülüşlər varmı, yoxmu araşdırmak üçün. Ya da bir mahnı çalarkən Shazam kimi bir uyğulama onun nə olduğunu həmin anda bilir ha. Bax bunun arxasında da oxşar bir texnika var. Mahnı nə olursa, ya da nə qədər uzun olursa olsun, bir hash alqoritmiylə bir sıra koda çevrilir və özel bir kimlik yaradılır. Siz cib telefonunuzdan mahnını dinlətdiyinizdə bu kimlik milyonlarca mahnıdan yaranan bir verilənlər bazasında sürətli olaraq tapılır. Bu sırada göndərilən kodu tərsinə çevirən bir hesablama aparılır. Təbi ki, musiqinin nə olduğu məsələsi güvənlik baxımından bir risk daşımadığı üçün asandır və dolayısıyla sürətli olur. Ancaq Bitkoin dünyasında çox daha güvənilən bir alqoritm olan 256 bit Secure Hash Algorithm, qısaca SHA256 işlədilir. Bu alqoritm işlədilərək aparılan bir problemin çözülə bilməsi üçün uyğun göstəriciləri olan bir kompyuterin haradasa 10 dəqiqə çalışması gərəkdir. Ancaq buna oxşar milyardlarla problemin çözülməsi gərəkdiyini düşünsək bu heç də qısa bir an deyil. Buna görə də indi dünyada bir çox kişi göstəricisi çox yüksək kompyuterlər işlədərək daha böyük sayda problem çözməyə çalışırlar. Buna da Bitkoin mədənçiliyi deyilir.

Nə üçün minlərcə dollar pul xərcləyib aldıqları bu super kompyuterlərlə bu işi görürlər? Könüllü xidmət olaraqmı? Əlbəttə ki, yox. Bitkoin sistemi içərisində bir də hədiyyə mexanizmi var. Əgər bu problemləri çözərək sistemdəki qeydlərın güvənli bir şəkildə tutulmasına yardım etsəniz yeni Bitkoinlər yaradılır və hesabınıza köçürülür. Eynilə bir qızıl mədənində yeni qızıl tapmaq kimi bir şey bu. Ancaq indi ən önəmli bölümə gəlirik. Dünyada qızlı az tapılan faydalı qazıntıdır və onsuz da buna görə dəyərlidir. Ancaq yenə də torpaqdan qızıl çıxardılmasına davam edilir. Və daha nə qədər çıxacağı da bilinmir. Pul da elə. Basılmağa davam edilir. Bitkoin mədənçiliyində isə puldan və qızıldan fərqli olaraq nə qədər yaradıla biləcəyi məsələsində dəqiq bir sərhəd var. 21 milyon Bitkoin yaradılacaq. Bu ana qədər 16 milyondan çox Bitkoin yaradıldı, ancaq bu iş gedərək çətinləşir. Proyeksiyalara görə sonuncu, yəni 21 milyonuncu Bitkoin 2140-cı ildə yaradılacaq. Demək belə dəqiq sayda və çətin əldə edilə bilən olduğu üçün eyni zamanda dəyərli olacağı da düşünülür. Bu bənzərliklərə görə Bitkoin üçün digital pul deyirlər. Ancaq mən bunun yerinə Bitkoin üçün Digital Dəyər Deposu deməyi daha uyğun görürəm: DDD.

Madam ki, bu qədər dəyərlidir. O zaman tez yatırım edəkmi? deyə soruşsanız DDD-nin başına bir dənə S artıraram: Sınaq. Hə, Bitkoin Sınaq Digital Dəyər Deposu. Keçən ay 1000 TL-lık Bitkoin alsaydınız bu ay 3000 TL-lık bir dəyərə çatacaqdı. Kim nə etdi ki, onsuz da çox yüksək kimi görülən dəyərini 3 qat artırdı? Bilinməz. Bəlkə də bu arada yayınlanan Big Bang Theory filminin yeni bölümündə məsələ Bitkoin olduğu üçün daha çox kişi tərəfindən duyuldu, ona görə. Bəlkə bu videonun sonunda onunla yeni tanış olan daha bir çox kişi də Bitkoin alacaq və dəyəri daha da yüksələcək. Ya da düşəcək. Bəlkə də bir ölkə Bitkoini yasak edəcək və dəyəri 0-a enəcək. Ona görə yenidən altını çizərək söyləyirəm. Mən Bitkoin alın, ya da almayın demirəm. Sınaqdır deyirəm.

Hə, Bitkoin də, Etherium da, Litecoin, ya da 1300-ə qədər başqa kripto pul vahidlərinin hamısı sınaqdır. Ancaq mən bunların təməlindəki zəncirin, yəni Blockchain texnologiyasının, yəni o mərkəzsiz dağınıq quruluşun pulu tanımlama məsələsində çevriliş kimi bir baxış olduğunu düşünürəm. Yəni bəlkə Bitkoin deyil, ancaq Blockchain texnologiyası insanlıq tarixinin ən önəmli tapıntılarından biri ola bilir. Hə, o da sınaq. Zatən mərkəzi olmayan bir şəbəkə olan internet də bir zamanlar sınaqdı. Ondan öncə bakkal dəftərləri də beləydi. Və o zamanlar Sarı Çizməli Mehmet Ağanın apardığı pul transferlərinindən danışan bu mahnını biz indiki kimi YouTube-dan, ya da Spotify-dən deyil, vallardan dinlərdik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30