10,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » "TAP İtaliyanın və bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək"


"TAP İtaliyanın və bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək"

12.01.2018 15:18
admin

"Transadriatik boru kəməri (TAP) layihəsi İtaliyanın və bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu TAP-ın tikintisi üzrə konsorsiumun idarəedici direktoru Luka Skyeppati İtaliyada energetika konfransında deyib.

O qeyd edib ki, TAP İtaliyanı yeni qaz mənbələri ilə təmin edəcək.

Direktor bildirib ki, İtaliyanın 35 milyard kubmetr qaz tədarükü haqqında müqavilələrinin müddətinin 2020-ci ildə başa çatacağı nəzərə alınsa, Azərbaycan qazının ölkəyə nəqli onun enerji təhlükəsizliyini gücləndirəcək.

L.Skyeppati TAP layihəsinin İtaliya, Yunanıstan və Albaniyada icrasından da danışıb: "TAP-ın Yunanıstan və Albaniyada inşası üçün lazım olan 473 və 162 km uzunluğunda borular müvafiq olaraq artıq çəkilib. 457 və 156 km-lik hissələrdə isə qaynaq işləri başa çatıb".

İtaliyaya gəlincə, direktor deyib ki, burada TAP-ın reallaşması çərçivəsində mikrotunellərin tikintisi üçün meydançaların hazırlanması işləri yekunlaşıb.

Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsidir və Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşdiriləcək: boru kəməri Yunanıstan və Albaniya əraziləri, Adriatik dənizinin dibi ilə çəkiləcək və İtaliyanın cənubuna istiqamətlənəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *