10,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » Bu il daha 10 xalça fabriki açılacaq - VİDEO


Bu il daha 10 xalça fabriki açılacaq - VİDEO

11.01.2018 21:12
admin

2018-ci ildə "Azərxalça"nın filiallarının sayı 20-yə çatdırılacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu fikirləri "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Vidadi Muradov bildirib.
V. Muradov qeyd edib ki, dövlət başçısının xalçaçılıqla bağlı qoyduğu hədəflərə nail olmaq üçün bütün işlər plan üzrə gedir və filialların sayı artırılır.
Vidadi Muradov bildirib ki, hazırda Azərbaycan xalçaları dünya bazarına çıxarılsa da, onun alıcılarının sayı o qədər çox deyil. Ancaq bu il görüləcək işlər nəticəsində əsas məqsəd qısa zamanda Azərbaycan xalçalarını dünya bazarına çıxarmaq və onun kütləvi satışına nail olmaqdır.
Cəmiyyətin sədri əlavə edib ki, dünya bazarına Hindistan, Çin, İran, Türkiyə kimi ölkələr xalçalar çıxarsa da, onların heç biri Azərbaycan xalçalarına rəqib ola bilməzlər. Çünki Azərbaycan xalçalarının özünəməxsus tarixi, öz xüsusi dəsti-xətti və naxış sistemi var. Buna görə də bu sahənin inkişafı həm Azərbaycanda yeni iş yerlərinin yaranmasına, həm də Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılmasında önəmli rol oynayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Bu il daha 10 xalça fabriki açılacaq

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *