-8,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Nazirlərin dördüncü toplantısının tarixi müəyyənləşdi


Nazirlərin dördüncü toplantısının tarixi müəyyənləşdi

11.01.2018 15:29
admin

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının keçirilmə vaxtı fevralın 15-ə təyin edilib.

Milli.Az xəbər verir ki, Energetika Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının təşkili ilə əlaqədar Energetika Nazirliyində bir sıra görüşlər keçirilib və müzakirələr aparılıb. Məşvərət Şurasında iştirak etmək üçün müvafiq ölkələrə və bir sıra beynəlxalq maliyyə təşkilatlarına dəvət məktubları göndərilib. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının proqram və gündəliyinin hazırlanması ilə bağlı tədbirlər davam etdirilir.

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *