19,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,26 AZN

описание


» » İki şirkətin akkreditasiyası ləğv edildi


İki şirkətin akkreditasiyası ləğv edildi

10.01.2018 17:12
admin

İstehlak məhsullarının sertifikatlaşdırılması xidməti göstərən "Cert Center" MMC və "Standart Cert" MMC-nin akkreditasiya attestatları ləğv edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə,  "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsi (AzAK) tərəfindən "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının  2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tələblərini pozduğuna görə "Cert Center" MMC-nin və "Standart Cert" MMC-nin "İstehlak məhsullarının sertifikatlaşdırılması" üzrə fəaliyyət göstərən orqanlarının akkreditasiya attestatları ləğv edilib. Belə ki, "Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinə inspeksiya nəzarəti planı"na uyğun olaraq istehlak məhsullarının sertifikatlaşdırılması xidməti göstərən adıçəkilən sertifikatlaşdırma qurumlarında inspeksiya nəzarətinin aparılması nəzərdə tutulsa da, orqanlar tərəfindən inspeksiya nəzarətinin aparılması üçün şərait yaradılmayıb.

Bunu əsas götürərək AzAK-ın müvafiq qərarı ilə "Cert Center" MMC və "Standart Cert" MMC-nin "İstehlak məhsullarının sertifikatlaşdırılması" üzrə fəaliyyət göstərən orqanlarının akkreditasiya attestatları ləğv edilib.

Yusif Nəsirli

Milli.Az
 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *