-8,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Azərbaycan fındığı Afrika bazarlarına da çıxacaq


Azərbaycan fındığı Afrika bazarlarına da çıxacaq

09.01.2018 20:10
admin

2018-ci ildə Azərbaycan Afrika və ərəb ölkələrinə fındıq ixracına başlamaq niyyətindədir.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

Onun sözlərinə görə, bu il Azərbaycan fındığının ümumilikdə 30 ölkəyə ixracı planlaşdırılır. Bu, əvvəlki illərlə müqayisədə daha çoxdur. 2016-cı ildə Azərbaycan 25 ölkəyə, 2017-ci ildə isə 27 ölkəyə fındıq ixrac edib: "2017-ci ilin 11 ayı ərzində biz xaricə 800 min tondan çox fındıq ixrac etmişik, dekabrda isə ilkin hesablamalara görə bu rəqəm 8 min tona yaxındır. Daha çox fındıq İtaliya, Rusiya və Almaniyaya ixrac olunur".

Assosiasiya sədri qeyd edib ki, ixracın genişlənməsi üçün Xaçmaz və Zaqatala rayonlarında fındıq istehsalı və emalı üzrə bir neçə müəssisə tikilir. Onların tikintisi 2018-ci ilin sonunadək başa çatmalıdır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *