16,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,09 AZN
10 RUB = 0,3 AZN

описание


» » Məşhur marketoloqdan proqnoz: 2018-ci ildə reklam bazarını nə gözləyir?


Məşhur marketoloqdan proqnoz: 2018-ci ildə reklam bazarını nə gözləyir?

07.01.2018 23:10
admin

P&G-nin direktoru Mark Pritçard əmindir ki, 2018-ci il rəqəmsal medianın şəffaflıq qaydalarının qurulmasında dönüş olacaq.

Milli.Az facemark.az-a istinadən bildirir ki, bu barədə P&G-nin aparıcı mütəxəssisi ilə söhbəti zamanı "Digiday" yazıb.

O, qeyd edib ki, 2017-ci ilin əvvəlində "P&G" diqqəti daha çox rəqəmsal reklamın çatışmazlığına yönəldiblər. Çatışmazlıqlar 80%-ə qədər aradan qaldırmaq mümkün olub.O, qeyd edib ki, bu vaxt ərzində şirkətin marketoloqları daha çox öyrənməyə vaxt sərf ediblər.

Məsələn, onlar başa düşdülər ki, istifadəçilərin lentdə xəbərlərə baxmaq üçün cəmi 2 saniyəsi var. Xəbər lentində 30 saniyəlik reklamları yerləşdirməyi dayandırdılar. Onlar öyrəndiləri ki, P&G reklamı həddindən artıq tez-tez təqdim edir. İnsanlar bezirlər. Üç nümayişə planlaşdırılmış elan 20 dəfə bəzi istifadəçilərə nümayiş etdirilə bilər. Həmçinin, markanın təhlükəsizliyi üçün işlər davam etdirilməlidir.

P&G şikətinin marketinq direktorunun 2018-ci il üzrə prioritetlərinə gəlincə, daha effektli olması üçün yaradıcı keyfiyyət artırılacaq. Onlar şəffaflıq problemlərində daha qərarlı olacaqlar. Kampaniyaların planlaşdırılması və yaradıcı keyfiyyətin artırılması üçün məlumatlar yaxşılaşacaq. O, şirkətinin one-to-one kütləvi marketinq üzrə istiqamətləndiyini deyib. Bu isə növbəti il ərzində daha çox iş görməyə kömək edəcək. Bundan başqa, agentliklər məqsədlərinə uyğun, yeni nəsl texnologiyalarının tətbiq olunduğu yeni modellər seçəcəklər.

Bu halda büdcənin konsolidasiyası və agentliklərin keyfiyyətlərini aşağı salınması prosesi davam edəcək. Nəticədə, sistem ilə iş radikal şəkildə sadələşdiriləcək.

2018-ci ilin əsas tapşırıqlarına gəldikdə isə, o qeyd edib ki, şirkətlər üçün ən əsas one-to-one marketinqinin inkişafı və bazarda şəffaflıqla bağlı həll edilməmiş problemləri həlli, rəqəmsal marketinqin inkişafı əsas olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *