7,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » Dünyanın ən məşhur markası “Coca-Cola” necə yarandı?


Dünyanın ən məşhur markası “Coca-Cola” necə yarandı?

06.01.2018 22:20
admin

"Coca-Colanın Dünya"sı ABŞ-ın Atlanta şəhərinin cənub sahilində yerləşir. Orjinal "Coca-Cola" formulunu J.S. Pemberton sirop olaraq yaradıb. Yaşadığı dövrün hörmətli əczaçısı olan Pemberton "Coca-Cola" adlı tamamilə yeni içki istehsal edib.

Milli.Az facemark.az-a istinadən bildirir ki, o, 19-cu əsrin əvvəllərində mineral su içən insanlar üçün tamamilə fərqli, fərahlandırıcı içki kəşf etmək istəmişdi. O, bu arzusu ilə çox fərqli bir içki formulu yaradaraq dünyanı dəyişir. "Coca-Cola"nın ən önəmli qatqı maddəsi dad verən qarışıqdır və bunun formulu dünyanın ən gizli sirri olaraq 125 ildən çoxdur gizli saxlanılır.

"Coca-Cola" yaradılarkən saxta və təqlid kolalar "Yum Yum", "Koke", "King Cola", "My Cola" adları ilə bazara çıxsalar da uğur əldə edə bilməmişdilər. Təəssüf ki, 1888-ci ildə Pemperton öləndə yaratdığı formulun dünya miqyasındakı uğurunu özü görə bilməmişdi.

"Coca-Cola"nın dünyası Pemberton yaşayış sahəsi Atlanta şəhər mərkəzində 20 hektarlıq bir ərazidə qurulub. Bu ərazidə "Atlanta Akvarium"u, "Gələcəyin İnsan Haqları Evi", "Olimpiyada Park"ının da daxil olduğu, Atlanta şəhər mərkəzində yaşıl bir sahə olub "Coca-Cola" firması tərəfindən yaradılaraq Atlantalılara hədiyyə edilmişdi.

Pemberton Qəsəbə sahəsi "Coca-Cola" Firması tərəfindən dəstəklənən bir çox ətraf mühit layihələrindən biridir. Sağlam mühit davamlı inkişaf üçün qaçılmazdır. Firma Cola istehsalında su miqdarını azaltma, qablaşdırma tullantılarının emalı, enerji istehlakının azaltma, Cola istehsalında mənfi ekoloji təsirləri minimima endirmək üçün ətraf mühit məsuliyyətini yerinə yetirmək üçün qızıl medal qazanır.

Firma istehsal etdiyi məhsulu sadəcə bir içki olaraq görməyib. Onu fərahlığı artıran, əyləncə və xoşbəxtlik verən bir içki halına gətirərək bu gün dünyadakı marka dəyərini qazanmışdır.

ABŞ-ın Atlanta şəhərində yaranan məhsul bu gün bütün dünyada hər gün 1 milyard nəfərin zövq və xoşbəxtliklə içdiyi qlobal bir içkidir.

Bu gün "Coca-Cola" dünyada ən çox tanınan markalardan biri olmaqla bərabər, fərqli ölkələrdə yaşayan insanların mədəniyyətləri, yaşayış yerləri arasında ortaq bir əlaqə olmuşdur.

Bir içki ümid, əyləncə, eşqi, məmnuniyyətləri bir şüşə içində toplamağı bacarmışdı.

1886-1918, Atlantada başlanğıc və daha çoxu

John Pemperton "Coca Cola"nı bugünkü Pemperton "Coca-Cola Dünyas"ı ərazisində kəşf edib. İlk vaxtlar karbonatlı su ilə mineral su qarışdırılıb. "Soda maşınların"dan satılıb.

Pempertonun şəriki və mühasibi bugünkü "Coca-Cola" loqosunu dizayn edib. 125 ildir qırmızı rəngli loqodan istifadə edilir. O vaxtlar "Coca-Cola"nın stəkanı 5 sentə satılırdı. Bir gündə cəmi 9 ədəd "Coca-Cola" satmaq mümkün olurdu. Bu gün isə dünya miqyasında bu rəqəm 1,6 milyard ədəddir.

Pemberton ölməmişdən öncə "Coca-Cola"nın hissələrinin böyük bir qismini satır. 1887-ci ildə Atlantalı iş adamı A.G.Candler "Coca-Cola"nın gizli formulunu alıb təhlükəsiz bir yerdə saxlayıb.

1894-cü ildə "Coca-Cola" "soda maşınların"da Atlanta da satışından başqa, şüşə qablaşdırmada portatif halda, digər əyalətlərdə də satılmaya başlayır. İçkinin şüşə qablaşdırması hüquqları 1899-cu ildə 1 dollara Tennessi'li Benjamin F. Thomas ve Joseph B. Whitehead tərəfindən Candlerdən alınmışdır.

Beləliklə, yeni şüşə qablaşdırmada Cola qlobal səviyyədə yayılmaya başlayır. 1926-cı ildə Candler təqaüdçü olanda oğluna gizli formulu saxlamaq göstərişini verir. Bu dövrdə Cola istehsalında təqlidlər meydana gəlməyə başlamışdı. ABŞ-da qablaşdırmaya dair 1000-ə yaxın müəssisə yaradılır. Burada "Coca-Cola"nın real dadı və orjinal şüşələri təqlid edilmişdi.

1919-1959 Woodruff Mirası

1919-cu ildə "Coca-Cola"nın gizli formulu Atlantadan New Yorka aparılır. "Coca-Cola" firmasının üzərində ən böyük təsir Robert Woodruff adı ilə bağlıdır. Firmanın 1923-cü ildə rəhbəri olan Woodruff "Coca-Cola"nın gizli formulunun qarşılığında banklardan böyük miqdarda kredit alır və firmanın dünya miqyasında, 60 illik böyüməsinə səbəb olur.

"Coca-Cola" bu tarixlərdə dünyada 53 ölkədə mövcud idi. 1925-ci ildə "Coca-Cola"nın gizli formulu təkrar meydana gəldiyi yerə Atlantaya qayıdır. Bundan sonra bu gizli formul ilə bağlı "Harada saxlamaq olar?", "Harada yazılıb?", "Neçə nəfər bu formulu görüb?" kimi dedi-qodular yaranmağa başlamışdı. 1943-cü ildə Pembertonun oğlunun köməkçisi olan Jhon Turner atasının evində "Coca-Cola"nın gizli formulunun olduğu köhnə kitabı tapdığını iddia edirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *