13,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Naxçıvan-Məşhəd qatarının bərpa olunacağı


Naxçıvan-Məşhəd qatarının bərpa olunacağı

06.01.2018 21:48
admin

Naxçıvanı İranın Məşhəd şəhəri ilə əlaqələndirəcək sürət qatarı 2018-ci il yanvarın 11-dən işini bərpa edəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom deyib.

Diplomat ümid etdiyini bildirib ki, bu dəmir yolu marşrutunun fəaliyyət göstərməsi iki ölkə arasında turizm sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcək.

Naxçıvan-Məşhəd-Naxçıvan marşrutu üzrə reyslər 2016-cı ilin dekabrında başlasa da, sonradan texniki səbəblərlə əlaqədar dayandırılmışdı.

Hərəkət istiqaməti boyunca qatar İranın digər şəhərlərində, o cümlədən Təbriz və Tehranda da dayanır.

M.Ayrom qeyd edib ki, bu amil turizmin inkişafında müsbət rol oynayacaq: "Təbriz və Naxçıvanın bir çox oxşar nöqtələri var. Təbriz İslam turizminin, Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *