7,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » Azərbaycan neftinin qiyməti son 3 ildə ilk dəfə 70 dolları keçdi


Azərbaycan neftinin qiyməti son 3 ildə ilk dəfə 70 dolları keçdi

05.01.2018 23:14
admin

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 4-də 70,54 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,65 dollar/barel çoxdur. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

CIF bazisində "Azeri Light"ın qiyməti sonuncu dəfə 2014-cü il dekabrın 4-də 70 dolları keçmişdi.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 4-də 69,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 4-də 67,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,59 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 4-də 68,72 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *