7,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » Bank olun, bankir olmayın


Bank olun, bankir olmayın

02.01.2018 22:20
admin

Robert Kiyosaki "Pul axını kvadrantı"  əsərində  yazır:  Bank olun Bankir olmayın . Bəs sizcə bank olmaq bu qədər asandırmı? .  İlk kitabı  " Əgər varlı və xoşbəxt olmaq istəyirsinizsə, məktəbə getməyin" olan bu məşhur biznesmen nəyə görə bank olmağı əsas prioritet sayırdı?

Milli.Az banco.az-a istinadən bildirir ki, əslində uşaqlığımızda bizi kiçik şeylərə  sevinməyi öyrəşdiriblər. Bəlkə də yadınıza düşər, atamız evə əli dolu gələndə zənbillərin içinə baxırdıq ki, görəsən bizə nə alıb? Orada oyuncaq ya da dadlı şokolad tapanda sevincdən uçmağa qanadımız olmurdu. Elə bilirdik ki, əlimizdəki şokolad və ya oyuncaq dünyanın ən bahalı məhsuludur. Və ya nənəmizin təndirdə bişirdiyi isti çörəyi yeyərkən dünyada onu əvəz edəcək ikinci bir xörəyin olduğu heç ağlımıza gəlmirdi. Ya da ki ibtidai sinifdə rübün sonu qiymətlərimiz  hamısı beş olduqda  həmin sənədi dünyadakı qiymətli kağızlardan belə dəyərli olan bir sənəd hesab edirdik. Çünki biz uşaqlıqda bankir idik , bank deyildik.

Biz böyüdükcə artıq  həzz duyduğumuz kiçik şeylər də böyüyür. Məsələn pul qazanmaq kimi. Ona görə də  orta məktəb dövrlərində içimizdəki bankir pul qazanmaq haqqında düşünməyə başlayır. Çünki, onun yaşamaq üçün pula ehtiyacı var. Fikirləşirki, təhsili davam etdirsə pul  da qazanacaq. Elə bil, bu hər hansı bir bank mütəxəssisinin müştəriyə verdiyi kreditə oxşuyur, onun inandırmağa çalışır ki , bəhrəsini görəcək. Eynilə içimizdəki bankir də, bizi inandırmağa çalışırki, təhsilimizdə nə qədər uğurlu olsaq, o qədər də pul qazanmaq şansımız ola bilər.  Amma hərdən elə də olur ki, orta məktəb dövründən  bank olmaq haqqında düşünürük.  Məndən söyləməsi, hər hansı bir iqtisadi krizisdə öz kapitalımızdan yeməli olacağıq.

Əgər içimizdəki bankir bank olmaq üçün təhsilimizi davam etdirmək haqqında düşünməli olsa, aktivimiz kitablar olacaq, passivimizsə axıb gedən zaman.  Orta məktəbi bitirib universitetə qəbul olandan sonra yeganə pula çevirə biləcəyimiz resursumuz artıq ali təhsildir.Ona görə də  içimizdəki bankir  pulun yığım funkiyasından istifadə edərək bu günədək yığdığı pullarla özünə biznes açmaq haqqında qərar verir.  Artıq bizim ali təhsilimiz onun biznesidir. Biznesində gəlir qazanmaq üçün,  bütün diqqətini təhsilə yönəldir. Təhsilimizdə qazandığımız hər bir uğur onun üçün əlavə bir gəlir yaradır. Çünki  o biznesindəki bütün investisiyanı təhsilimizə yatırır.

Bankirin qurduğun biznesin dörd mərhələsi vardır. İlk dövr yetkinlikdir. Bu dövrdə içimizdəki bankir, yeni  ortaqlar tapmağa, ətraf mühitini genişləndirməyə, ilkin biliklər əldə etməyə çalışacaq. İkinci dövr tanınmadır. Bu dövrdə bankir öz məhsulunu, yəni bilik və bacarıqlarımızı qiymətləndirir, əksik yerləri tamamlayır, güclüləri isə daha da inkişaf etdirir. Çünki onun brendi bizim aldığımız təhsil və bizdə olan bacarıqlardır.  Üçüncü dövr  isə inkişafdır. Artıq içimizdəki bankir öz məhsulundan əmindir, bazarı çıxarmaq haqqında düşünür.  Amma onun reklama ehtiyacı var. Onun reklamı bizim ali təhsil aldığımız zaman qazandığımız mükafatlar və əldə etdiyimiz diplomlardır.  Dördüncü dövr isə durğunluqdur.  Çünki bazarda bankirin məhsuluna  tələb yoxdur.  Daha doğrusu təklif isə o qədər çoxdur ki, tələb onu qarşılaya bilmir.

Ali təhsilimizi tamamladıqdan sonra, içimizdəki bankir iki seçimlə qarşı-qarşıya gəlir. Ya bank olmaq, ya da ömürlük bankir qalmaq.  Burada artıq rasyonal qərarlar əsas rol oynacaq. Lakin dünyada əksər birja dəllallarının fikrinə görə, ömürlük bankir qalan şəxslər sabahı yox bu günü düşünürlər. Hətta onları  yemək üçün yaşayan şəxslərə bənzədirlər.  Bank olmağı seçən şəxslər isə öz kapitallarını möhkəmləndirir, biznes planını hazırlayır, mənfəət və zərərini müəyyən edərək işə başlayırlar . Bəs yerdə qalan bankirlərə nə olacaq? Heç nə yeni açılmış  banklar onları  işə götürəcək. Təbiətdə suyun dövranı kimi həyatdada bankirlərin dövranı vardır.

Həyatda daima bir qanun vardır. İki vur iki həmişə dörd edir, heç vaxt bunun əksini deyə bilməzsiniz. Lakin ali təhsilin bizi həmişə  istədiyimiz işlə təmin edəcəyini söyləmək biraz absurddur. Əslində  bizim aldığımız ali təhsil, qazandığımız universitet diplomu, yığdığımız yüksək ballar bizi  gələcək üçün sığortalamır.Yəni  bundan sonra atacağımız hər bir addım həyatımızın necə şəkillənməyində əsas rol oynayacaq.  

Dünyada hər şey bizim qarşımıza qoyduğumuz məqsədlərdən asılıdır. Bir də bu məqsədlərə çatmaq üçün  həm həvəsimiz olmalıdır həm də mübarizə gücümüz. Necə ki, aktivlər öhdəliklərlə kapitalın cəminə bərabər olduğu kimi, məqsədlər də  həmişə həvəslə mübarizənin cəminə barabərdir.

Bank olmaq və ya bankir olmaq, bu sadəcə bizim özümüzdən asılıdır. Lakin dünya bir günə yaranmadığı kimi  bank olmaq da o  qədər asan deyil. Çünki bank olmağın yolu birinci bankir olmaqdan keçir.  Bankir olmadan bank olsaz, bankın nə etdiyinizdən xəbəriniz olmayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *