9,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » Zcash planlarını açıqlayıb


Zcash planlarını açıqlayıb

02.01.2018 23:15
admin

Zcash inkişaf komandası 2018-ci ildə blockchain üzərində ediləcək dəyişiklikləri hazırlayıb və bir yol xəritəsi dərc edib. Zcash bloqunda yazan "Zooko Wilcox" və "CTO Nathan Wilcox" Zcash-ı gözləyən iki əsas yeniləmə haqqında detallı bir üsul xəritəsi nəşr edib.

Milli.Az kripto.az-a istinadən bildirir ki, "Overwinter" və "Sapling" olaraq adlandırılan yeniləmələrin ikincisi əslində bu ilin əvvəlində səthi bir şəkildə təsvir edilmişdi. Keçən həftə nəşr olunan yeni bir bloqda gələcək il üçün ediləcək yeniliklərin Zcash-ın performansını, təhlükəsizliyini və mövcudluğunu yaxşılaşdıracağı qeyd olunub.

İlk yeniləmə olan "Overwinter" 2018-ci ilin iyun ayında həyata keçiriləcək. Yazılanlara görə, bu yeniləmənin məqsədi gələcəkdə baş tutacaq yeniləmələrin istifadəçilər üçün təhlükəsizlik səviyyəsini artırmaqdır. "Overwinter" haqqında ətraflı məlumatlar isə hələ də çox açıqlanmasa da, məqalədə gələcəkdə bununla bağlı bloqların dərc olunacağı qeyd edilib.

2018-ci ilin sentyabr ayında edilməsi planlaşdırılan ikinci yeniləmə isə "Sapling" protokoluna yönəldiləcək. Bu prptpkolla birlikdə kriptovalyutanın məxfilik məqsədilə transfer imkanları daha da genişlənəcəkdir. Yazının müəllifi Vilkoks qardaşları bununla bağlı belə açıqlama verib:

"Sapling" yeniləməsi "Sapling" protokolunu aktivləşdirəcək. Bununla birlikdə, təhlükəsiz köçürmələrin həm vaxtını, həm də qeydiyyatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkün olacaq. Bundan əlavə, "Sapling" yeniləməsi "Powers of Tau" adlı hər kəsə açıq parametrli texnologiyadan istifadə edərək zkSNARK tətbiqlərindəki risk söz-söhbətlərinə son qoyacaqdır".
Bloqa görə, onlardan kənarda olan yeniliklər üzərində də çalışılır. Bu yeniləmələrin bəziləri isə razılaşdırılmış kontrakt funksiyaları və Proof-of-Stake alqoritminin tədqiqi kimi təsnif edə bilər.

"Gələcəkdə tətbiq olunacaq yeniliklərdən bəziləri belədir: faktiki olaraq məhdud olmayan transfer imkanlarına nail olmaq üçün tədbirlər, Proof-of-Stake kimi yeni fikir birliyi alqoritmləri və məqsədyönlü müqavilələr".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30