9,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » IOTA nədir? Necə əldə edilir?


IOTA nədir? Necə əldə edilir?

02.01.2018 20:45
admin

IOTA kriptovalyuta dünyasına yeni bir ulduz kimi bərq vurdu. Bitcoin, etherium kimi daha çox istifadə olunan kriptovalyuta növlərindən fərqli olaraq "Tangle" adlı yeni texnologiyadan istifadə edən IOTA digər kriptovalyuta növlərindən fərqlənir. Potensialı yüksək qiymətləndirilən IOTA-nı birlikdə nəzərdən keçirək.

IOTA-nın digər kriptovalyutalardan fərqi "Tangle" texnologiyasıdır

Milli.Az kripto.az-a istinadən bildirir ki, IOTA-nın digər koinlərdən əsas üstünlüyü istifadə etdiyi texnologiyadır. Tangle Blockchain-dən fərqli olaraq birbaşa əlaqəli məlumat zəncirləri yerinə "dag" adlı istiqamətləndirilmiş istiqamətsiz cədvəl kimi tərcümə edilə bilən texnologiyadan istifadə edir.

IOTA internet of Things mühiti üçün yaradılmış blockchain həlldir və bu metodla IOT cihazları blockchain üzərindən idarə oluna bilir və əmrlər IOTA coinlərinin vasitəsilə həyata keçirilir deyə həm sürətli, həm də komissiyasızdır. Son günlərdə də, həm Microsoft kimi şirkətlərin dəstəyi, həm elektrik avtomobilləri üçün IOTA ilə işləyən yanacaqdoldurma stansiyaları haqqında planın təqdimatı, həm də IOTA ilə işləyən layihələrin maliyyələşdirilməsi üçün 10 milyon dollarlıq fondunun yaradılması bu layihəyə pozitiv təsir etdiyindən, canlanma baş verib.

Tangle blockchain-dən fərqli olaraq mədənçilərə ehtiyac duymur.

Əməliyyat həyata keçirmək istəyən investor şəbəkə üzrə son iki əməliyyatı təsdiqləməlidir. Bu zaman lazımsız yoxlama vaxtı istifadə edilmir, daha qeyri-mərkəzləşdirilmiş platforma təklif edilir.

IOTA-nın digər koinlərdən fərqləri:

- Mədənçilərin olmaması.
- Əməliyyat haqqı yoxdur.
- Əməliyyatların sayı artdıqca sistem daha sürətli və daha təhlükəsiz hala gəlir.
- İnternetə qoşula bilmədiyiniz təqdirdə də əməliyyat apara bilərsiniz.

IOTA haradan alınır?

IOTA yeni investisiya vasitəsi olduğundan sadəcə bir neçə mübadilə saytlarında mövcuddur. Daha geniş yayılmadığı üçün araşdırmanız lazımdır. Qiymətləri də digər koinlərlə müqayisədə aşağıdır. Dəyəri 2.99 dollar civarında olan IOTA tezliklə məşhurlaşacaq. Bu rəqəmlər daha da yüksələcək.

IOTA-nı hansı cüzdanda saxlamaq olar?

IOTA-nın rəsmi cüzdanının tezliklə buraxılacağı gözlənilir. Həmin zamana kimi valyutanızı ticarət saytlarında saxlamaq olar. Rəsmi cüzdan buraxıldıqdan sonra IOTA-larınızı oraya köçürə bilərsiniz.

IOTA al, at kənara, yatırım kimi istifadə et.

Tələbələr başda olmaqla, yaxşı pul qazanmaq istəyən şəxslər üçün IOTA ən münasib investisiya vasitəsidir. Aldığınız pulları bir müddət kənarda saxlayacaqsınızsa, IOTA sizin üçün unikal vasitədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30