8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Hər mövsümdə kartof yetişdirilir - VİDEO


Hər mövsümdə kartof yetişdirilir - VİDEO

02.01.2018 21:03
admin

Kartofçuluq rayonu kimi tanınan Tovuzda payız və qış mövsümündə də bu təsrrüfatla məşğul olurlar. İstixana şəraitində becərilən bitki məhsuldarlığı ilə seçilir. Bu əkin növündə rayonun Düz Qırıqlı kəndi xüsusilə ixtisaslaşıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  şumlanmış torpağa səpildikdən sonra ikiqat sellafonla örtülür. Bitki göyərdikdən sonra isə gövdəsi doldurularaq suvarılır.
Tovuzdakı istixanalarda kartof bu cür becərilir. Rayonun Düz Qırıqlı kəndində bu təsərrüfatla illərdir ki, məşğul olunur. Noyabrın əvvəllərindən başlanan səpin yanvarın əvvəllərinə kimi davam edir. Mart ayından maya qədər isə məhsul torpaqdan yığılıb bazara çıxarılır. Əsasən, həyətyanı sahələrdəki istixanalarda becərilən kartof məhsuldarlığı ilə də seçilir. Hər sotdan təxminən 1 ton kartof götürmək olur.
Hazırda bitkilərin dibləri doldurulur.Bundan sonra 4-5 dəfə bitkini suvaracaqlar. Həyətyanı sahələrdəki istixanalar kiçik olduğuna görə, əsasən, odun sobası ilə qızdırılır.
Kəndlilər deyir ki, məhsul yığımı vaxtı qiymətlər də qənaətbəxş olur. Mövsüm vaxtı kartofun kiloqramını 1 manat və daha yuxarı qiymətə satan təsərrüfat sahibləri xərcləri çıxdıqdan sonra hər sotdan 500-800 manat arası gəlir əldə edirlər. Kəndlilər deyirlər ki, onların mhəsulunu xüsusi ilə Rusiyadan böyük tələbat var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Hər mövsümdə kartof yetişdirilir

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *