16,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,26 AZN

описание


» » Valyuta mübadiləsində YENİ QAYDA:


Valyuta mübadiləsində YENİ QAYDA:

02.01.2018 21:12
admin

Valyuta dəyişmə məntəqələrinin fəaliyyəti ilə bağlı yeni qaydalar təsdiq edilib. Artıq valyuta mübadiləsi birtərəfli aparılmayacaq. Yəni kassada pul varsa lisenziya almış şəxs həmin məbləği dəyişdirməyə məcburdu. Bundan əlavə 10 min dollar ekvalentində istənilən valyutanın satışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanda xarici və milli valyutanın yalnız alış və ya satışının aparılmasına icazə verilməyəcək. Bu, Valyuta mübadiləsinin fəaliyyəti ilə bağlı təsdiqlənən yeni qaydalarda nəzərdə tutulub.
Maliyyə Bazarlarına Nəzaərət Palatası lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması zamanı bir sıra tələblər qoyub.Artıq valyuta dəyişmə məntəqələrində bir müştəridən 10 min dollardan artıq xarici valyutanın alınması şəxsiyyəti təsdiq edən sənədlə aparılacaq.
Bundan əlavə birətərfli valyuta əməliyyatlarına da icazə verilməyəcək.
Qaydalara əsasən, valyuta mübadiləsi məntəqəsində valyuta mübadiləsi fəaliyyətindən başqa digər xidmətlər həyata keçirilə bilməz.
Bundan əlavə valyuta mübadiləsi məntəqəsi köşk formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilməlidir.Həmçinin, valyuta mübadiləsi məntəqəsi nəzərdə tutulmuş əməliyyatların aparılması üçün ən azı 6 kvadrat metr sahəyə malik olmalıdır.
Bundan başqa, valyuta mübadiləsi məntəqəsində müştərilərin görə biləcəyi yerdə asan oxunan və aydın şəkildə aşağıdakı məlumatlar əks olunmalıdır:
Xüsusi elektron lövhədə (lövhənin üzərində valyuta mübadiləsi məntəqəsinin adı nəzərə çarpan hərflərlə yazılmalıdır) nağd xarici valyutaların milli valyutaya nisbətən alış və satış məzənnəsi;
Valyuta mübadiləsi məntəqəsinin iş vaxtı;
Palata tərəfindən valyuta mübadiləsi məntəqəsinə verilmiş lisenziyanın və ya lisenziyaya əlavənin surəti;
İstehlakçıların müraciət və ya şikayət edə bilməsi üçün Palatanın "qaynar xətt"i barədə məlumat
Yeni qaydaların tətbiq edilməsi ilə valyuta dəyişmə məntəqələri arasında rəqabət artacaq. Həmçinin turistlər üçün milli valyutanın əlçatımlı olması onların daha çox xərcləmələrin asanlaşdıracaq.
Valyuta mübadiləsi məntəqəsində hər bir əməliyyat onun həyata keçirildiyi anda bu qaydada müəyyən edilən formada uçota alınmalıdır . Uçota alınmış məlumatlar ən azı 3 il müddətinə valyuta mübadiləsi məntəqəsinin müvafiq proqram təminatında saxlanılmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Valyuta mübadiləsində YENİ QAYDA

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *