15,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » 2040-cı ildə Bitcoin-dən istifadə etməyən adam qalmayacaq


2040-cı ildə Bitcoin-dən istifadə etməyən adam qalmayacaq

02.01.2018 21:15
admin

Öndər risk sərmayəçilərindən olan və Earn.com-un CEO-su Balaji Srinivasan Bitcoin-in gələcəyinə dair bir proqnoz verdi.

30 milyon dollarlıq investisiya toplayan Earn.com-un CEO-suna görə 2040-cı ilə çatdığımızda 30 yaşından kiçik heç kim "Bitcoinsiz bir dünya"nı tanımayacaq.

Milli.Az kripto.az-a istinadən bildirir ki, Srinivanasan bu proqnozu ilə əslində 2010-cu ildən sonra anadan olan hər kəsin Bitcoin-i bir dəyər saxlama vasitəsi və ya valyuta olaraq istifadə edəcəklərini söyləyir.

Bu həftə edilən Coinbase, CME, CBOE və Gemini görüşməsində dünyanın ən böyük birjaları və maliyyə qurumları orta və uzun müddətə quruma-aid investisiyaları necə çəkə biləcəkləri barədə strategiyalarını bölüşdülər.

"2018-ci ilin ortalarına doğru ABŞ-dakı əksər maliyyə qurumu ilə yanaşı, Cənubi Koreya və Yaponiya bazarı da çox güman ki, Bitcoin-i güclü bir dəyər saxlama vasitəsi və rəqəmsal valyuta olaraq mənimsəyəcəkdir."
 Gənclər banklardan heç də məmnun deyil
Önümüzdəki illərdə milyardlarla dollar sərmayə ənənəvi maliyyə bazarından Bitcoin bazarına axmağa davam edərkən Bitcoin təbii olaraq dünyanın rəqəmsal valyutası halına gələ bilər. Facebook IQ tərəfindən aparılan bir sorğuya əsasən gənclər ilə bankçılıq sənayesi arasındakı əlaqə qopmuş vəziyyətdədir. Y nəsli, pulunu əmanət etmək üçün bu qurumlara o qədər də etibar etmir.

Srinivasan-a görə gənclərin ənənəvi maliyyə qurumlarına qarşı bu narazılığı sənayeni daha yaxşı, daha əlverişli və daha şəffaf bir sistemə keçməyə vadar edəcək. Yəni, Bitcoin qlobal maliyyə sektorunu dəyişdirəcək.

Spencer Bogart-ın verdiyi məlumata görə hər dörd gəncdən biri səhm sənədi əvəzinə Bitcoin-ə üstünlük verir.

JP Morgan-ın CEO-su kimi, bank sektorundan olan insanların da Bitcoin ilə bağlı əsassız ittihamları Bitcoin-ə olan marağı getdikcə artırır.

Milenyumlular maliyyə sektorundakı şəffaflıq probleminin və saxtakarlıqların fərqinə varmağa başlayır və tamamilə riyazi, sistematik və mərkəzsiz bir quruluş olan Bitcoin-ə qarşı maraq böyüyür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *