13,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Sümüksüz ətin qiyməti niyə göstərilmir? - VİDEO


Sümüksüz ətin qiyməti niyə göstərilmir? - VİDEO

02.01.2018 21:16
admin

Paytaxtdakı qəssabxanalardan və dükanlardan əti sümüksüz aldıqda normaldakından təxminən 2 manat 50 qəpik fərq edir. Dükanlarda həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvan ətininin qiyməti yazılsa da, heç bir dükanda sümüksüz ətin qiyməti göstərilmir. Satıcılar isə buna ehtiyac duymadıqlarını deyirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, normal ətin qiyməti elan şəklində vurulub, sümüksüz ətin qiyməti isə göstərilməyib. Alıcılar qiyməti ya əvvəlcədən soruşmalı olur, ya da sifariş etdikdən sonra öyrənib deyilən məbləği verməli olurlar.
Paytaxtdakı əksər qəssabxanalarda və dükanlarda sümüksüz ət adi ətdən təxminən 2-3 manat 50 baha olur. Əksər satış məntəqlərində adi ətin qiyməti eyni olsa da, sümüksüz ətin qiyməti yazılmadığı üçün satıcılar müştəriyə görə qiymət deyə bilirlər.
Satıcıların bəziləri sümüksüz əti əvvəlcədən hazır qoyur, bəzisi isə sifariş əsasında hazırlayır.
Əksər dükanlarda həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvan ətininin qiyməti qeyd olunub. Lakin heç bir dükanda sümüksüz ətin qiyməti göstərilməyib. Satıcılar bildirirlər ki, sümüksüz ət az satılır. Həm də bu əti alanlar adətən daimi müştərilər olur. Onlar da qiyməti bildiyindən yazıb elan vurmağa ehtiyac duymurlar.
Satıcılar qeyd etdilər ki, ilk dəfə gələn müştəri sümüksüz ət istədikdə qiyməti əvvəlcədən həmin şəxsə deyirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Sümüksüz ətin qiyməti niyə göstərilmir?

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *