-1,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » "Bitcoin"in bazar payı tarixinin ən minimal səviyyəsinə enib


"Bitcoin"in bazar payı tarixinin ən minimal səviyyəsinə enib

02.01.2018 11:46
admin

Bu gün "bitcoin"in kriptovalyuta bazarı kapitallaşmasında payı tarixinin ən minimal səviyyəsi olan 36%-ə enib.

Milli.Az Report-a istinadən xəbər verir ki, bundan əvvəl "bitcoin"in bazar payında ən minimal hədd 2017-ci ilin iyun ayının 20-də qeydə alınıb.

Həmin tarixdə onun kriptovalyuta bazarı kapitallaşmasında payı 37,55% təşkil edib.

Qeyd edək ki, hazırda "bitcoin"in qiyməti 13 400 dollar, onun bazar kapitallaşması 224,6 mlrd. dollardır. Kriptovalyuta bazarının məcmu kapitallaşması isə 620 mlrd. dollara bərabərdir. Bazarda 1 381 kriptovalyuta və 7 442 birja fəaliyyət göstərir.

Xatırladaq ki, "bitcoin"in qiyməti 2017-ci ilin dekabrın 17-də 20 078 dollar, kapitallaşması isə 336,2 mlrd. dollar olub. Bu zaman onun bazar payı 55% təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *