-1,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Dünya Bankından Azərbaycanda özəl sektorun inkişafı üçün


Dünya Bankından Azərbaycanda özəl sektorun inkişafı üçün

02.01.2018 09:18
admin

Azərbaycanın özəl sektorunun gələcək inkişafı üçün qanunvericiliyə bir sıra dəyişikliklər edilməsi zəruridir.

Milli.Az bildirir ki, bunu Trend-ə  Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin (MIGA) icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Honda deyib.

K.Honda qeyd edib ki, Azərbaycanın yaxşı infrastrukturu var və aktiv şəkildə ölkəyə özəl sektoru cəlb edə bilər:

"Bununla belə, söhbət təkcə özəl maliyyələşdirilmədən getmir. Bunun üçün hüquqi çərçivədə bir neçə dəyişiklik edilməsi zəruridir ki, bu da dövlət və özəl sektor arasında əməkdaşlığı yüksəltməyə, eləcə də ölkəyə, məsələn, müstəqil elektrik enerjisi istehsalçılarını cəlb etməyə imkan verəcək. Hesab edirəm ki, bu addım özəl sektorun daha da inkişafına və ölkədə özəl investisiya yatırımlarının həcminin artmasına səbəb olacaq".

Öz növbəsində, MIGA-nın əməliyyat qrupunun direktoru Sarveş Suri Trend-ə bildirib ki, Azərbaycan hökumətinin əsas məqsədi ölkə iqtisadiyyatını diversifikasiya etməkdir və Dünya Bankı Azərbaycana bu istiqamətdə dəstək verməyə hazırdır.

O əlavə edib ki, Azərbaycan öz iqtisadiyyatını şaxələndirmək üçün kənd təsərrüfatının inkişafına və müxtəlif infrastruktur layihələrinə böyük diqqət ayırır:

"Bundan başqa, bu gün Azərbaycan nəqliyyat və yükdaşıma sahəsini fəal inkişaf etdirir. Qeyd etmək istərdim ki, Dünya Bankı Azərbaycana bu istiqamətdə dəstək verməyə hazırdır".

Qeyd edək ki, Azərbaycan 1992-ci ildə Dünya Bankı Qrupuna qoşulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *