16,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,26 AZN

описание


» » Şirkətin dəyəri nədir və səhmin qiymətini kim müəyyən edir?


Şirkətin dəyəri nədir və səhmin qiymətini kim müəyyən edir?

01.01.2018 21:20
admin

Şirkətin ümumi dəyəri onun bazar kapitallaşmasıdır və şirkətin səhm qiyməti ilə müəyyən edilir. Şirkətin bazar dəyərini hesablamaq üçün səhm qiymətini səhmlərin sayına vurmaq lazımdır.

Məsələn, Microsoft-un bir səhmi 72.49 dollara ticarət olunur və səhmlərinin sayı 7.7 milyarddır.

Milli.Az moneta.az-a istinadən bildirir ki, buna görə də, şirkətin dəyəri 72,49 x 7,7 milyard = 558,173 milyard dollardır. Əgər biz bir addım da irəli getsək görərik ki, bir səhminin qiyməti 167,41 dollar və 2,37 milyard səhmləri olan Facebook-un dəyəri (bazar dəyəri=396,762 milyard dollar) Microsoft-dan aşağıdır. Beləliklə, səhm qiyməti şirkətin dəyərinə nisbi və  proporsionaldır və ancaq bazar dəyərində müəyyən zaman kəsiyində faiz dəyişikliyini təmsil edir. Səhm qiymətində hər hansı faiz dəyişikliyi şirkətin dəyərində bərabər faiz dəyişikliyinə gətirib çıxaracaq. Bu səbəbdən dolayı investorlar səhm qiymətlərinə önəm verirlər və səhm qiymətinin adicə 0,10 dollar düşməyi 1 milyon səhmləri olan səhmdarlar üçün 100 000 dollar itirmək deməkdir.

Növbəti məntiqi sual: Kim səhmin qiymətini müəyyən edir və necə hesablanır? Sadə dillə desək, şirkətin səhm qiyməti şirkət ictimaiyyətə təqdim olunan zaman (ilkin kütləvi yerləşdirmə - İPO) hesablanır. Şirkət bunun üçün investisiya bankına böyük miqdarda pul ödəyir. Bunun qarşılığında investisiya bankı mürəkkəb formulalardan və hesablama texnikalarından istifadə edərək ictimaiyyətə təqdim olunacaq səhm sayını, səhm qiymətini və şirkətin ümumi dəyərini müəyyən edir.

Şirkətin səhmləri ilkin kütləvi yerləşdirmədən sonra səhmlər birjada ticarət olunmağa başlayır və səhmin qiyməti bazardakı tələb və təklifə əsasən müəyyən olunur. Əgər əlverişli faktorlara görə səhmə böyük tələb olarsa, qiymət artacaq. Əgər şirkətin gələcək inkişafı potensialı yaxşı vəziyyətdə deyilsə, "short" satanlar qiyməti aşağı sala bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *