15,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,26 AZN

описание


» » Azərbaycanda süd ucuzlaşdı - VİDEO


Azərbaycanda süd ucuzlaşdı - VİDEO

01.01.2018 21:21
admin

Bölgələrdə südün qiyməti düşüb. Xüsusən də Beyləqanda olan fermerlərin sözlərinə görə, südün yerində satış qiyməti əvvəlki vaxtlarla müqayisədə yarıbayarı enib. Ancaq nə qəribədirsə, bölgələrdə qiymətlərdə müşahidə olunan azalma paytaxt bazarlarına yansımayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bölgələrdə südün qiyməti düşüb. Əvvəllər 1 litir südü 60-70 qəpiyə satdıqları halda indi 1 litr süd 30-40 qəpiyə satılır.
Beyləqan rayon Şərq qəsəbəsi ərazisində məskunlaşan fermerlər südün qiymətinin aşağı salınmasından narazıdılar.
Fermerlər iddia edirlər ki, Beyləqanda yerləşən 12 süd toplama məntəqəsinin sözləşərək qiyməti aşağı salıb.
Süd toplama məntəqələrinin müdirləri isə bu iddiaları yalanladılar. Onlar bildirdilər ki, hər il bu vaxtları südün qiymətində enmə müşahidə edilir. Əsas səbəb isə süd məhsullarına olan tələbin azalmasıdır. Ancaq yanvar ayının sonundan isə qiymətlər yenidən əvvəlki vəziyyətinə qalxacaq.
Bölgələrdə südün qiymətinin düşməsi paytaxt bazarlarına da təsir edibmi? Sualın cavabını tapmaq üçün bazarlara üz tutduq. Satıcıların sözlərinə görə, südün qiymətində enmə müşahidə olunmur.
Paytaxtdakı satıcıların sözlərinə görə, südün qiymətində enmə hələ ki gözlənilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Bölgələrdə südün qiyməti düşdü

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *