15,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Bitcoin valyuta deyil və heç bir zaman da olmayacaq


Bitcoin valyuta deyil və heç bir zaman da olmayacaq

01.01.2018 21:40
admin

2017-ci ili "Bitcoin ili" adlandırsaq yanılmarıq. Ən məşhur və dəyərli kriptovalyuta bu il ərzində rekord dalınca rekorda imza atır. Bu yazını hazırladığım vaxtda 1 Bitcoin təxminən 8015.52 dollar civarında ticarət olunurdu. Qeyd edək ki, ilin əvvəlində 1 Bitcoin 960 dollara bərabər idi.

Mən hələ də təəccüb edirəm ki, bir çoxları Bitcoin-ə valyuta kimi yanaşır.

Hansı mövqedə olmağınızdan asılı olmayaraq, sizi məyus edəcəm (lakin oxumağa davam edin!) - Bitcoin valyuta deyil və heç bir zaman da valyuta olmayacaq. Nəyə görə? İndi deyirəm.

Valyutaları başa düşmək

İstənilən valyuta (dollar, manat, rubl) aşağıdakı 3 əsas meyarı ödəməlidir:

Mübadilə vasitəsi funksiyasını yerinə yetirməli;
Dəyərin ölçüsü olmalı;
Yığım vasitəsi olmalıdır.
Bitcoin yuxarıda qeyd edilən bəzi meyarları ödəsə də, məşhur kriptovalyuta bütün meyarları tam ödəyə bilmir. Gəlin meyarları bir-bir nəzərdən keçirək.

Mübadilə vasitəsi

Biz bununla razılaşmalıyıq. Çünki, getdikcə Bitcoin-i ödəniş kimi qəbul etməyə başlayan satıcıların sayı artıb. Həmçinin, Bitcoin bankomatları şəbəkəsi və Bitcoin ödəniş kartlarının sayı mütəmadi olaraq artır.

Milli.Az moneta.az-a istinadən bildirir ki, lakin, bu qəpiyin bir üzüdür. Faktiki olaraq, ən məşhur kriptovalyuta mübadilə vasitəsi kimi çox zəif performans göstərir. Buna səbəb isə, Bitcoin-nin yüksək volatilliyinə görə əmtəələri və ya xidmətləri Bitcoin-lə göstərmək qeyri-praktiki və əlverişsizdir. Məsələn, avtomobilinizi satmaq qərarına gəlmisiniz və onun qiymətini Bitcoin-lə ifadə etmək istəyirsiniz. Günün başlanğıcında öz avtomobilinizə 1 Bitcoin qiymət qoyursunuz, lakin gündəlik qiymət dəyişkənliklərə görə (qiymət dəyişkənliyi gün ərzində 30-40% aralığında olur) avtomobilin qiyməti günün axırında 1.5 Bitcoin edir.

Dəyər ölçüsü

İqtisadiyyatda dəyər ölçüsü - əmtəə, xidmət, aktiv və ya öhdəliklər, gəlir və xərclər kimi iqtisadi elementlərin real dəyərini təmsil etmək üçün istifadə olunan nominal monetar ölçü vahidi və ya valyutanı bildirir. Yenidən volatillik xüsusiyyətinə qayıtsaq, Bitcoin-nin bu kriteriyanı ödəmədiyini başa düşərik.

Nəzərə almalı olduğumuz digər önəmli bir məsələ isə, heç bir borc verən istehlakçı krediti, ipoteka krediti, kredit və ya debit kartların dəyər ölçüsü kimi Bitcoin-dən istifadə etmir (siz Bitcoin-u xərcləyə bilərsiniz, lakin real əməliyyatlar dollar, avro və ya digər fiat valyutalarla baş verir).

Yığım vasitəsi

İstənilən valyutada olmalı olan sonuncu xarakteristika ehtimal ki, Bitcoin-ə ən çox uyğun gələnidir.

Bu, tamamilə aydındır. Bitcoin rəqəmsal P2P (peer-to-peer) nağd pul kimi yarandı, lakin illər ərzində Bitcoin ilkin məqsədindən artıq inkişaf edərək hazırda alternativ investisiyaya və ya yığım vasitəsinə daha çox bənzəyir.

Bir çoxları Bitcoin-i kriptovalyutanın gələcəkdə qiymətinin artmasına inanaraq alırlar. Bu, "Daha Böyük Axmaq Nəzəriyyə"sini (Greater Fool Theory) xatırladır. Bu nəzəriyyəyə əsasən, aktivin qiyməti onun daxili dəyəri ilə deyil, daha çox bazar iştirakçılarının irrasional baxışları və gözləntilərinə əsaslanaraq ölçülür. Başqa sözlə, insanlar bir aktivi yüksək qiymətə əldə etsə də, həmin şəxs bu aktivi bazarda daha yüksək qiymətə alacaq daha çox axmaqların olduğunu düşünür.

Bəzi ölkələrdə insanlar nağd pulun funksionallığını itirdiyinə görə sərvətlərini Bitcoin-da saxlayırlar. Bu ölkələrə Zimbabve və ya Venesuela nümunə ola bilər. Adları çəkilən ölkələrdə yüksək inflasiyaya görə Bitcoin-ə olan tələb artmışdır və təkcə insanlar deyil, həmçinin bizneslər də Bitcoin-i gündəlik alış-veriş üçün tələb edirlər.

Bütün fikirlərimizi cəmləsək

Valyutaların əsas xarakteristikalarına nəzər yetirdikdən sonra, biz Bitcoin-nin onlardan biri olmadığını asanlıqla görə bilərik. Əməliyyat sürətinin aşağı olması, yüksək xərclər və Bitcoin cəmiyyətində bəzi fundamental ixtilaflar (gələcək inkişafı ilə əlaqədar) bu kriptovalyutanın ABŞ dolları, ingilis funt sterlinqi və ya avroya ciddi təhdid olacağını düşünmək sadəlövhlük olardı.

Lakin, bu o demək deyil ki, Bitcoin-nin gələcəyi yoxdur. Əksinə, mən düşünürəm ki, Bitcoin daha da məşhur və güclü (alternativ) bir aktiv sinfi olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *