13,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Bitcoin-i girov qoy, kredit götür: maraqlı xidmət istifadəyə verdilər


Bitcoin-i girov qoy, kredit götür: maraqlı xidmət istifadəyə verdilər

01.01.2018 22:10
admin

Bəziləri bitcoin almaq üçün kredit götürdükləri bir vaxtda digərləri öz kriptoaktivlərini girov kimi istifadə edrilər.

ABŞ-dan, Avropadan və Asiyadan olan bir neçə startap kredit proqramlarını işə salıblar. Həmin kredit proqramları sayəsində insanlar kriptovalyuta almaq üçün borc vəsait rəsmiləşdirə bilərlər. Lakin bu cür kreditlərin verilmə şərtlərini sərfəli adlandırmaq çətin məsələdir. Bu günlərdə bitcoinin qiyməti 20.000$-a qalxdı. İlin əvvəlindən isə onun qiyməti 1824% yüksəlib. Bitcoinin ümumi bazar kapitalizasiyası artıq 300 milyard dolları keçib. Bununla belə bitcoinin 40%-i yalnız 1000 anonim investorda cəmlənib. Mütəxəssislərin fikrincə kriptovalyutanın bir çox sahibləri onları kredit verilməsində istifadə etmək istəyərdilər.

Milli.Az banker.az-a istinadən bildirir ki, analitiklərin fikrincə bu cür xidmət ilk növbədə kriptoinvestorlara, maynerlərə və kriptobiznes ilə məşğul olan şirkətlərə sərf edəcək. Bir neçə startap eyni zamanda bunda biznesin inkişafı üçün imkan gördülər. Bloombergsaytı kredit rəsmiləşdirmək üçün kriptovalyutanı girov kimi qoymaq xidmətini təqdim edən 4 şirkətin adını çəkib. Amerikanın "Salt Lending", İngiltərənin "Nebeus", Estoniyanın "CoinLoan" və Honkonqun "EthLend" şirkətləri. Bitcoinin yüksək səviyyədə qiymət dəyişkənliyi faktoruna görə startaplar özlərini sığortalamalı olurlar. Buna görə də onlar heç də sərfəli olmayan şərtləri qoyurlar.

Məsələn "Salt Lending" şirkəti blockchain aktivlərə sahib olan insanlara 100.000$ kredit vermək üçün onlardan 200.000$ dəyərində bitcoini girov kimi qoymağı tələb edir. Bununla belə illik faiz dərəcəsi 12%-dən 20%-ə kimi təşkil edə bilər. Bu isə inkişaf etmiş ölkələrdə adi kredit dərəcələrindən çox yüksəkdir. Həmçinin bir sıra şirkətlər onu da tələb edirlər ki, bitcoinin qiymətinin aşağı düşməsi halında müştəri girov kimi əlavə kriptovalyuta da əlavə etməli olsun. İngiltərənin "Nebeus" şirkəti müştərilərə kredit vermir. Bunun yerinə o, kənar kredit təşkilatlarına öz məhsullarını kriptoinvestorlar arasında inkişaf etdirilməsinə yardımçı olur. Beləliklə xidmətin işə salındığı ilk gündə şirkət 100 kreditin rəsmiləşdirməsinə yardımçı oldu. Dekabrda isə bu göstərici 1000 oldu. "Salt Lending" şirkəti də banklarla əməkdaşlıq etməyi və kriptovalyuta sahibləri ilə kredit təşkilatları arasında vasitəçi kimi çıxış etməyi planlaşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *