15,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Reytinq agentlikləri: ümumi anlayışlar


Reytinq agentlikləri: ümumi anlayışlar

01.01.2018 19:20
admin

"Fitch Ratings" Nyu York və Londonda yerləşən beynəlxalq kredit agentliyidir. Şirkətin reytinqləri investorlar üçün bələdçi rolunu oynayır.

"Moody's" və "Standard & Poor's" (S&P's) ilə birlikdə "Fitch" ən tanınmış üç kredit reytinq agentliklərindən biridir. Onun reytinq sistemi "S&P's"a bənzəyir. Belə ki, hər ikisi hərf sistemindən istifadə edir.

Milli.Az moneta.az-a istinadən bildirir ki, istiqraz reytinqi istiqrazların kredit keyfiyyətini müəyyən etmək üçün verilir. Müstəqil reytinq xidmətləri göstərən "Standard & Poor's", "Moody's Investors Service" və "Fitch Ratings Inc" istiqraz emitentinin maliyyə gücünün qiymətləndirilməsini və ya istiqrazın əsas məbləğinin və faizlərinin vaxtında ödənilməsi qabiliyyətini müəyyən edir.

İstiqrazların çoxu üç müstəqil reytinq agentliklərindən (Standard & Poor's, Moody's və Fitch) birinin reytinqini daşıyır. Bu agentliklər ABŞ istiqrazlarından tutmuş beynəlxalq şirkətlərə qədər istiqraz buraxan qurumların hərtərəfli maliyyə analizini həyata keçirir. Hər bir reytinq agentliyinin analitiklər qrupu qurumun fərdi təyin olunan meyara görə borcu ödəmək qabiliyyətini və likvid qalmağını müəyyən edir.

İstiqraz reytinqi vacib bir prosesdir, çünki reytinq istiqrazın keyfiyyəti və stabilliyi barəsində investorları məlumatlandırır. Yəni, reytinqin faiz dərəcələrinə, investisiyaya və istiqraz qiymətinə böyük təsiri var.

İnvestisiya dərəcəli istiqrazlar kimi tanınan yüksək reytinqli istiqrazlar daha təhlükəsiz və daha stabil investisiyalar kimi qəbul olunur. İnvestisiya dərəcəli istiqrazlar "AAA"dan "BBB-"a qədər (və ya Moodys reytinq cədvəlində "Aaa"dan "Baa3″ə kimi) reytinqləri əhatə edir və adətən reytinqlər düşdükcə istiqraz gəlirliliyi artır. "AAA" reytinqli qiymətli kağızlara misal olaraq ABŞ dövlət istiqrazlarını göstərmək olar.

İnvestisiya dərəcəsi olmayan istiqrazlar və ya "zibil istiqrazlar" adətən "BB+"dan "D"yə qədər (Moody's üçün "Baa1″dən "C"yə qədər) reytinqləri əhatə edir. Bu reytinqləri daşıyan istiqrazlar yüksək riskli investisiya kimi qəbul edilir və yüksək gəlirliliyinə görə investorların diqqətini cəlb edir. Qeyd edək ki, SOCAR tərəfindən 2012-ci ildə Londonda buraxılan avrobondlara Moody's tərəfindən "Ba1" reytinqi verilmişdir.

Bir çox insan son dövrlərin ən dəhşətli böhranlarından birini analiz edən zaman müstəqil reytinq agentliklərinin 2008-ci il böhranında mühüm rol oynadığına inanırlar. İnvestisiya dünyası böhrandan sonrakı illərdə öyrəndi ki, yüksək istiqraz reytinqlərin əldə edilməsi üçün reytinq agentliklərinə ödənişlər edilib. Buna əsas misallardan biri kimi "Moody's" tərəfindən 2007-ci ildə "AAA" reytinqi verilmiş 869 milyard dollarlıq ipoteka qiymətli kağızlarının 83%-nin reytinqləri 2008-ci il böhranı zamanı aşağı endirildi.

Qısacası, uzunmüddətli investorlar istiqraz portfellərində əsas diqqəti daha etibarlı və gəlir gətirən investisiya dərəcəli istiqrazlara verməlidirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *