8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Əfsanəvi investordan 10 məsləhət


Əfsanəvi investordan 10 məsləhət

01.01.2018 19:40
admin

Çarls Munger adı bəzilərinə tanış gəlsə də, çoxları onun haqqında az məlumatlıdır.

Milli.Az moneta.az-a istinadən bildirir ki, biznesmen, hüquqşünas, investor və xeyriyyəçi olan Çarls 552 mlrd. dollarlıq aktivləri idarə edən Berkshire Hathaway Inc.-da vitse-prezident vəzifəsində çalışır və dünyanın 2-ci ən varlı adamı olan Uorren Baffet Çarlsı özünün partnyoru hesab edir.

Hal-hazırda 93 yaşı olan investorun dəyərli məsləhətlərini təqdim edirik.

1. Riski müəyyənləşdirin

Bütün investisiya qərarları riski ölçməklə başlamalıdır.

Sizdə sual doğuracaq şəxslərlə iş görməyin
Risk üçün müəyyən kompensasiya tələb edin
İnflyasiya və faiz dərəcələrini unutmayın
Böyük itkilərdən qaçın
2. Müstəqil olun

Obyektiv olmaq üçün azad düşüncə tələb edir
Digər insanların sizlə razılaşmağı və ya razılaşmamağı sizi bir məsələdə səhv və ya düz etmir - əsas olan sizin analiziniz düzgünlüyüdür
3. Gələcəyə hazır ol

Özünüzdə kitab oxumaq vərdişi yaradın. Hər gün daha çox öyrənərək kamilləşin
Udmaq istəyindən çox hazırlaşmaq istəyi daha vacibdir
Ağıllı olmaq istəyirsinizsə, o zaman bu sualı özünüzə verin - "niyə, niyə, niyə?"
4. İntelektual cəhətdən təvəzökar olun

Özünüzü aldatmayın. Çünki, ən asan aldadılan insan elə özünüzsüz
5. Ciddi şəkildə analiz edin

Dəyəri qiymətdən, inkişafı fəallıqdan, sərvəti ölçüdən ayırmağı bacarın
Bazar, makroiqtisadi və ya səhmlər üzrə analitik olmaqdansa, biznes üzrə analitik olun
6. Aktivləri düzgün bölüşdürün

Kapitalın düzgün şəkildə bölüşdürülməsi investorun bir nömrəli işidir.

Yaxşı ideyalar çox azdır - üstünlük sizin tərəfinizdədirsə, o zaman böyük həcmdə investisiya edin
Heç zaman investisiyaya "aşiq olmayın" - situasiyaya baxıb hərəkət etməlisiniz
7. Səbrli olun
Mürəkkəb faiz dünyanın səkkizinci möcüzəsidir (Eynşteyn)
Uğurun geri qayıdacağına hazır olun
Proses zamanı həzz alın
8. Qətiyyətli olun

Uyğun situasiya yaranarsa, əzmkar şəkildə hərəkət edin

Digər insanlar acgöz olan zaman ehtiyatlı, digər insanlar ehtiyatlı olan zaman acgöz olun
İmkan hər zaman ələ düşmür. İmkan varsa, iki əlli yapışın.
9. Dəyişikliyə hazır olun

Ətrafınızdakı dünyanın dəyişdiyinə hazır olun. Dünyanın sizə uyğun dəyişəcəyini gözləməyin
Hər zaman "ən sevimli ideyaları"nızı dəyişdirməyə hazır olun
Reallığı bəyənməsəniz belə, qəbul etməlisiniz
10. Fikrinizi cəmləşdirin

Edəcəyiniz işi yadda qalan və sadə edin.

Ad-san və düzgünlük sizin ən lazımlı aktivinizdir
Lazımsız informasiyanı çıxartmaqda ehtiyatlı olun: "Balaca bir deşik yekə bir gəmini batıra bilər"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *